Kennedi adına İfa Sənətləri Mərkəzi prezident Donald Trampın adını qurumun rəsmi adından və binanın fasadından 12 iyun tarixinə qədər silməsini tələb edən federal məhkəmə qərarına əməl etməyə başlayıb. Bu barədə CBS News işçilərə göndərilən daxili memoranduma istinadən məlumat verib. Sənədə əsasən, işçilərə dərhal elektron imzaları, blankları və digər materialları yeniləmək, qurumu əvvəlki adına qaytarmaq tapşırılıb. Yol nişanları, lövhələr və interyer elementlərində dəyişikliklər bir həftə ərzində tamamlanmalıdır. Xəbərdə bildirilir ki, Federal hakim Kristofer Kuper ötən həftə Konqres üzvü Coys Bitinin qaldırdığı iddianı təmin edib. Məhkəmə Kennedi Mərkəzinin qəyyumlar şurasının 2025-ci ilin dekabrında qurumun Donald J. Tramp-Con F. Kennedi Xatirə İfaçılıq Sənətləri Mərkəzi adlandırılması üçün səs verərkən səlahiyyətlərini aşdığını müəyyən edib.
SAMİRƏ