çərşənbə günü, 23 sentyabr 2026
     

Ermənistanda seçki prosesi və regionun gələcək siyasi mənzərəsi

Image


Ermənistanda ictimai-siyasi vəziyyəti yaxından izləyən hər kəs üçün aydındır ki, ölkə növbəti parlament seçkiləri ərəfəsində mühüm tarixi mərhələdən keçir. Seçkiqabağı təbliğat kampaniyası artıq özünün ən qızğın dövrünə qədəm qoyub və bu proses təkcə Ermənistanın daxili siyasi gələcəyi baxımından deyil, bütövlükdə Cənubi Qafqaz regionunun siyasi sabitliyi və inkişaf perspektivləri baxımından da xüsusi əhəmiyyət kəsb edir. Seçki kampaniyasının gedişi göstərir ki, Ermənistanın daxili siyasi prosesləri yenə də müxtəlif xarici güclərin diqqət mərkəzindədir. Xüsusilə Rusiya Federasiyasının həm siyasi dairələr, həm də onun təsir imkanlarına malik media qurumları vasitəsilə Ermənistandakı seçki mühitinə təsir göstərmək cəhdləri açıq şəkildə müşahidə olunur. Son aylarda Rusiyaya yaxın siyasi qüvvələrin və ekspert dairələrinin Ermənistanın daxili siyasətinə dair fəallığının artması da bunun göstəricisidir.

Lakin, baş verən proseslər göstərir ki, xaricdən edilən bu müdaxilə cəhdləri gözlənilən nəticəni vermir. Əksinə, Ermənistan cəmiyyətində dövlət suverenliyi və müstəqil siyasi qərarvermə meyillərinin güclənməsi Rusiyayönümlü siyasi qüvvələrin mövqelərini zəiflətməkdədir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət vaxtaşırı olaraq xarici təsirlərlə bağlı faktları ictimaiyyətə təqdim edir və bunun nəticəsində Rusiyanın dəstəklədiyi siyasi qüvvələrin nüfuzu getdikcə azalır. Bir neçə ay əvvəl keçirilən ictimai rəy sorğularında Paşinyanın şəxsi reytinqi təxminən 30 faiz səviyyəsində qiymətləndirilirdisə, son sorğular onun dəstək göstəricilərinin əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. Hazırkı məlumatlar göstərir ki, Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası seçki yarışında ən güclü siyasi qüvvə olaraq qalır və seçkilərdə qələbə qazanmaq üçün real üstünlüyə malikdir. Bu gün hakim komandanın əsas hədəfi yalnız rəqiblərindən daha çox səs toplamaq deyil. Onların strateji məqsədi yeni parlamentdə konstitusion çoxluq əldə etmək və hökuməti koalisiya ortaqlarına ehtiyac olmadan formalaşdırmaqdır. Mövcud siyasi dinamika göstərir ki, bu məqsəd tamamilə real görünür. Əgər “Mülki Müqavilə” Partiyası konstitusion çoxluğa nail olarsa, bu, Ermənistanın qarşısında duran bir sıra fundamental islahatların həyata keçirilməsi üçün daha əlverişli şərait yaradacaq.

İlk növbədə, söhbət dövlət idarəçiliyinin modernləşdirilməsindən, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsindən, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsindən və iqtisadi islahatların dərinləşdirilməsindən gedir. Uzun illər ərzində Ermənistanın inkişafını ləngidən institusional problemlərin aradan qaldırılması yalnız siyasi sabitlik və güclü parlament dəstəyi şəraitində mümkün ola bilər. Bununla yanaşı, yeni siyasi konfiqurasiya Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafına da mühüm təsir göstərə bilər. Son illərdə tərəflər arasında sülh gündəliyi formalaşsa da, bu proses hələ tam yekunlaşmayıb. Ermənistanda siyasi hakimiyyətin daha güclü legitimlik qazanması və daxili müqavimət mərkəzlərinin zəifləməsi sülh müqaviləsinin imzalanması istiqamətində əlavə imkanlar yarada bilər. Xüsusilə Ermənistan Konstitusiyasında mövcud olan və qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların dəyişdirilməsi məsələsi son dövrlərdə daha çox müzakirə olunur. Hesab edirəm ki, yeni parlament formalaşdıqdan sonra konstitusiya islahatları Ermənistanın siyasi gündəliyində əsas məsələlərdən birinə çevriləcək. Belə dəyişikliklər regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyacaq. Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması isə yalnız iki ölkənin deyil, bütün regionun inkişafına xidmət edəcək. Bu halda Cənubi Qafqaz uzun illər davam edən qarşıdurma və geosiyasi rəqabət məkanından əməkdaşlıq və qarşılıqlı fayda platformasına çevrilə bilər.

Sülhün təmin olunması regionun iqtisadi potensialının tam reallaşdırılmasına da şərait yaradacaq. Yeni nəqliyyat və logistika marşrutlarının açılması, ticarət əlaqələrinin genişlənməsi, enerji və kommunikasiya layihələrinin inkişafı bütövlükdə Avrasiya məkanında iqtisadi fəallığın artmasına təkan verəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin daha effektiv işləməsi beynəlxalq yükdaşımaların həcmini artıracaq, yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq və region ölkələrinin qlobal iqtisadi sistemdə rolunu gücləndirəcək. Məhz buna görə də Ermənistanda keçiriləcək seçkilər yalnız bir ölkənin daxili siyasi hadisəsi kimi qiymətləndirilməməlidir. Bu seçkilərin nəticələri regionun təhlükəsizlik arxitekturasına, iqtisadi əməkdaşlıq perspektivlərinə və beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqların formalaşmasına təsir göstərə biləcək amillərdən biridir. Əgər Ermənistan cəmiyyəti islahatlar, sabitlik və regional əməkdaşlıq xəttinə dəstəyini davam etdirərsə, qarşıdakı illərdə Cənubi Qafqazda tamamilə yeni siyasi və iqtisadi mühitin formalaşmasının şahidi ola bilərik. Bu isə öz növbəsində region xalqlarının rifahına, dövlətlərarası münasibətlərin normallaşmasına və Avrasiya məkanında daha dayanıqlı əməkdaşlıq modelinin yaranmasına xidmət edəcək.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:18
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 18:06
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:55
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür etdi

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 17:14
Əfv sərəncamının icrası başa çatdı

23.09.2026 / 16:40
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 16:08
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

23.09.2026 / 16:06
“AzerGold”un Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 15:48
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ