Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələrini prokurorluq orqanına göndərilməsini qərara alıb.
Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclasında qərar verilib.
İclasda təqdim edilən auditor hesabatı müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, audit zamanı dövlət vəsaitlərinin istifadə və idarə edilməsi sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunduğu nəzərə alınaraq, müvafiq materialların prokurorluq orqanına göndərilməsi qərara alınıb.
Qeyd edək ki, audit Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsini əhatə edib.
ZÜMRÜD