çərşənbə günü, 19 avqust 2026
     

Gömrük Komitəsi ilə mal idxalçıları arasında daha bir qalmaqallı hadisəyə aydınlıq gətirildi…

Image


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük İdarəsində gömrük orqanları tərəfindən süni maneələr yaradıldığı, malların laboratoriyaya və anbara göndərilərək sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunduğuna dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. 

Belə ki, məlumatda  idxal edilən malların guya məqsədli şəkildə ekspertizaya göndərildiyi, prosesin günlərlə davam etdiyi və bu müddət ərzində sahibkarların nəqliyyat şirkətlərinə əlavə vəsaitlər ödədiyi iddia olunur. Digər iddiaya görə isə sahibkarların idxal etdikləri mallar gömrük orqanları tərəfindən məcburi qaydada anbara göndərilir və burada həm yükləmə, həm də xidmət müqabilində onlardan qeyri-qanuni vəsaitlər alınır. 

Dövlət Gömrük Komitəsi bildirir ki, hər iki halda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilən proseslər qərəzli şəxslər və ya dairələr tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədilə bilərəkdən yanlış şərh olunur.

Belə ki, idxal edilən hər hansı malın mənşə ölkəsi, təsnifat kodu və gömrük dəyəri haqqında gömrük orqanında şübhə yaranarsa, həmin mallar qanunvericiliyə görə Mərkəzi Gömrük Ekspertizası idarəsinə göndərilməlidir.  Ekspertiza qanunla müəyyən olunan müddətdə başa çatdırılır və hər hansı qeyri-qanuni hal aşkar edilmədiyi təqdirdə sahibinə təhvil verilir. 

Bu prosesin daha asan şəkildə həyata keçirilməsi və sahibkarların vaxt və əlavə vəsait itkisinə məruz qalmaması məqsədilə Dövlət Gömrük Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci və 322.2-ci maddələrinin müddəalarının tələblərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar ticarətin asanlaşdırılması üsullarından biri olan məcburi qərarların tətbiqinə dair sərəncam imzalanıb.  

Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə (mallar gömrük ərazisinə gətirilmədən öncə) gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.

“Məcburi qərar” adlandırılan bu qərarlar həmin Məcəllənin 50.4-cü maddəsinə görə (bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla), malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.

Yəni xarici iqtisadi fəaliyyət iştirakçısı idxal edəcəyi malın nümunəsini və mala dair məlumatları əvvəlcədən gömrük orqanına təqdim edir və aparılan araşdırma nəticəsində qəbul edilən qərara görə idxal edilən mallar maksimum 1 iş günü ərzində sahibinə təhvil verilir.

Bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti prosesi zamanı malların gömrük anbarına yönləndirilməsinə gəlincə, bu proses də gömrük qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Belə ki, qanunvericiliyə görə, bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti qanunvericiliklə müəyyən edilən gömrük anbarlarında həyata keçirilməlidir. Bu zaman sahibkar gömrük orqanlarına yalnız mallara dair bəyannamə üzrə nəzərdə tutulan vergi və rüsumları ödəyir. Həmin gömrük anbarlarının və orada göstərilən xidmətə görə alınan və ödənilən vəsaitlərin isə gömrük orqanlarına aidiyyəti yoxdur.

Onu da qeyd edək ki, gömrük sistemində aparılan islahatların əsas istiqamətlərindən biri idxal-ixrac əməliyyatlarının, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin sadələşdirilməsi, sürətləndirilməsidir. Bu məqsədlə tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemində malların hər hansı gömrük nəzarəti metodu tətbiq edilmədən birbaşa sahibkarların anbarlarına yönləndirilməsi və özləri tərəfindən boşaldılması və yüklənməsi nəzərdə tutulur.

Digər tərəfdən 1 nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus müxtəlif təsnifat kodu altındakı malların idxalı zamanı malların sahibi və ya onun səlahiyyətli nümayəndəsi mallar barədə əvvəlcədən gömrük orqanına lazımi məlumatları təqdim edərsə həmin mallar da prioritet qaydada ən qısa vaxt ərzində gömrük rəsmiləşdirilməsindən keçirilərək sahibinə təhvil verilir.

Üstəlik, ticarətin asanlaşdırılmasını, sahibkar üçün münbit şəraitin yaradılmasını nəzərdə tutan bu yeniliklər və tətbiqlər barədə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və aidiyyəti qurumları tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşlərdə, Komitənin rəsmi internet səhifəsi, KİV, maarifləndirici videoçarxlar və digər vasitələrlə  dəfələrlə məlumat verilib. Artıq 200-dən artıq xarici fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edərək malları birbaşa öz anbarına apara bilir.

Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrinin yaxınlığında Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması ilə bağlı yeni layihə icra olunur. Belə ki, “Yaşıl dəhliz” istifadəçisi olmayan xarici fəaliyyət iştirakçılarının idxal etdikləri mallar bu mərkəzlərdə asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilərək sahibinə təhvil veriləcək.

Görülən işlərin, həyata keçirilən islahat və yeniliklərin müqabilində həqiqətə uyğun olmayan məlumatların yayımlanması, hətta daha irəli gedərək gömrük xidmətinin korrupsiya və rüşvətxorluqda ittiham edilməsi gömrük orqanlarının fəaliyyətinə qərəzli və məqsədli şəkildə kölgə düşürməkdən başqa bir şey deyil. Üstəlik, korrupsiya, rüşvət, bir sözlə, gömrük qanunvericiliyinin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər və bəzi dırnaqarası kütləvi informasiya vasitələri bu faktları ictimailəşdirmədən öncə, birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ