İran, Azərbaycan, Rusiya və Belarus dövlətlərinin dəmiryol rəhbərləri arasında “Şimal-Cənub” beynəlxalq marşrutunun inkişafı üzrə sənəd imzalanıb.
Baki-xeber.com-un İRNA-ya istinadən xəbərinə görə, Praqada keçirilən MDB və Baltik ölkələri dəmiryolları rəhbərlərinin 67-ci toplantısı çərçivəsində “Azərbaycan Dəmiryolları” ASC-nin rəhbəri Cavid Qurbanov, Belarus dəmiryollarının rəisi Vladimir Morozov, İran dəmiryollarının Baş direktoru Səid Məhəmmədzadə və “Rusiya dəmiryolları” ASC-nin rəhbəri Oleq Belozyorov arasında görüş olub. Görüşdə “Şimal-Cənub” beynəlxalq marşrutunun perspektivləri və Rəşt-Astara dəmiryolunun tikintisi müzakirə edilib.
İclasda qeyd olunub ki, cari ilin 9 ayı ərzində “Şimal-Cənub” beynəlxalq dəmiryolu marşrutu ilə yükdaşımaların həcmi 21,6 faiz artaraq 4,7 milyard tona çatıb. Ötən illə müqayisədə konteyner daşımaları da 2,4 dəfə artaraq 7 mindən artıq konteyner təşkil edib.