Azərbaycan Beynəlxalq Bankının xarici borclarının restrukturizasiyası ilə bağlı ölkənin xarici borcunun artması Azərbaycanın beynəlxalq reytinqinə təsir etməyəcək. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.
Maliyyə naziri bildirib: "Azərbaycan Beynəlxalq Bankının xarici borclarının restrukturizasiyası ilə bağlı hökumət 2,4 milyard dollar məbləğində istiqrazlar buraxmağı planlaşıdırır. Bu, ölkənin xarici borcunu artıracaq, lakin Azərbaycanın beynəlxalq reytinqinə mənfi təsir göstərməyəcək".