Bazar günü günü, 25 oktyabr 2026
     

Ömründə bir dəfə xaricdə olmayan insan da son manatını dollar almağa xərclədi...

Image


Mətbuat səhifələrində manat-dollar əlaqələri ilə bağlı çoxlu sayda çıxışlarımız olub. Biz pul-kredit sisteminin bu qədər dollarlaşmasının tam anormal bir hal olduğunu dəfələrlə yazmışıq. Son bir ildən bir qədər artıq vaxt ərzində milli valyutamıza münasibətdə yaranmış inamsızlığın da kökündə məhz pul-kredit sistemimizin bu səviyyədə dollarlaşması dayandı.
Manatı dollar qarşısında bu qədər "aciz" bir vəziyyətə gətirib çıxarmaq olmazdı. Lakin təəssüf ki, Baş bankın uzaqgörməyən siyasəti bu vəziyyəti yaratdı. Bu qədər dollar-manat bağlılığının yaradılması sanki hər kəsi bir valyuta dilerinə çevirmiş, peşəsindən, vəzifəsində, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hamı manat-dollar münasibətlərini izləməyə məhkum edilmişdi. Hər kəs manat-dollar münasibətlərində baş verəcək hər hansı bir dəyişiklikdən maksimum yararlanmaq arzusu ilə prosesləri izləyirdi. İş o yerə çatmışdı ki, manatın devalvasiyasından sonra bəzi özünü çox ağıllı sayanlar oturub banklarda manatla olan əmanətlərin dollara nisbətən ucuzlaşması hesabına vətəndaşların "itkilərini" hesablamağa başladılar. Belə çıxırdı ki, "itkiyə" yol verməmək üçün bankda manatla əmanəti olan yüz minlərlə insan bu əmanətləri devalvasiyaya qədər çıxarıb dollara çevirməli, devalvasiya qurtardıqdan sonra isə yeni məzənnə ilə yenidən manata çevirməli idilər ki, burada məzənnə fərqi hesabına qazanc əldə etsinlər. Səhv pul-kredit siyasətinin yaratdığı bu atmosfer nəticə etibarilə bankda əmanəti, əlində başqa şəkildə manatı olan hər kəsi dollar almağa sövq etdi. Ömründə bir dəfə xaricdə olmayan insan da son manatını dollar almağa xərclədi. Nəticədə nə baş verdi? Bütün səviyyələrdə maksimum dollarlaşma getdi. Manatın keçən ilin dekabr ayının 21-dəki kəskin devalvasiyası ərəfəsində və ondan sonra isə bu proses daha böyük vüsət aldı. Əmanətlər maksimum dollara çevrildi, hüquqi və fiziki şəxslər isə əllərində olan bütün manat kütləsini dollara dəyişib, gözləmə mövqeyinə keçdilər. Hər kəs manatın növbəti kəskin ucuzlaşmasını gözləyirdi. Bu dəfə "məzənnə fərqi hesabına daha çox qazanmaq" həvəsi ilə gözləmə mövqeyi tutanların sayı da, onların əllərində olan dollar kütləsi də kifayət qədər çox idi. Gözləntilər isə özünü doğrulda bilməzdi. Çünki yaranmış durumda dövriyyədə çatışmayan dollar deyil, manat idi. Səbəb də o idi ki, son bir il ərzində bir tərəfdən böyük həcmdə manat kütləsi dollara çevrilmişdi, digər tərəfdən isə Mərkəzi Bank dövriyyədə manat kütləsini adi normal səviyyədə ola biləcəyindən 3-4 dəfəyə qədər azaltmışdı. Nəticə etibarilə manata tələbat elə bir həddə gəlib çatmışdı ki, burada onun bahalanmasından başqa nəyisə gözləmək real deyildi. Bu da baş verdi. Bir dolları 1,60 -1,70 manata alıb, onu bir qədər sonra, 2,0 - 2,5 manata sataraq külli qazanc əldə edəcəklərini düşünənlərin gözləntiləri özünü döğrultmadı. İndi həmin adamlar və həmin müəssisələr əllərindəki dollarları məcburiyyət qarşısında 1,5 manata və bundan aşağı məzənnə ilə satmaq məcburiyyətində qalıblar. Çünki onlara ölkə daxilində ödənişləri etmək, alış-veriş həyata keçirmək üçün manat lazımdır. Manat isə çox azdır. Hər bir prosess özünün pik nöqtəsinə çatandan sonra bunun əksi baş verir. Bizdə də dollarlaşma özünün son həddinə çatdığından, əks proses baş verdi.
Bu vəziyyətin yaranmasında Mərkəzi Bankın illər boyu, xüsusilə də ölkəyə böyük neft pulları daxil olduqdan sonra apardığı səhv pul-kredit siyasətinin rolu danılmazdır.
Yaranmış vəziyyətin aradan qaldırılması və manata olan etibarın bərpası yolunda ən düzgün qərarlar isə ölkə Prezidenti tərəfindən qəbul edildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, pul-kredit siyasətinin aparılmasında yanlışlıqlara yol vermiş Baş bankın yenidən təşkili və onun bir çox səlahiyyətlərinin əlindən alınaraq yeni Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi, əmanətlərin tam sığortalanması kimi qətiyyətli qərarlar manata olan inamın bərpasına yönəlik addımlar idi.
İndi maliyyə bazarında sabitliyin yaranması, manata olan inamın bərpası Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul edəcəyi qərarlardan çox asılı olacaq. Artıq ilk addım atıldı. Bizim də dəfələrlə irəli sürdüyümüz bir təklif qəbul edildi. Aprelin 4-də Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırıldı. Bu çox doğru bir qərardır. Biz onu alqışlayırıq. Bu, xarici valyutada bankların vətəndaşlara zorla sırıdığı kreditlərin qarşısına sədd çəkən ilk qətiyyətli addımdır. Hesab edirik ki, çəkinmədən bu qərarı birdəfəlik də qəbul etmək olardı. Sadəcə olaraq, burada banklara xarici valyutada gəliri olan hüquqi və fiziki şəxslərə xarici valyutada kreditlər verməyi qadağan etmək lazım deyildi. Kimin xarici valyuta ilə qazancı varsa, qoy o gedib xarici valyutada da krediti ala bilsin. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına tövsiyə edirik ki, bir ayın tamamında bu qərarın bundan sonra heç vaxt dəyişməyəcəyi barədə yeni bir qərar qəbul etsinlər. Çəkinməsinlər. Bu ölkə Konstitusiyasının da tələbidir. Ölkənin bank-maliyyə sistemini dollar xəstəliyindən qurtarmağın yeganə yolu bu tipli, qətiyyətli qərarların qəbulundan və icrasından keçəcək. Direktorlar Şurası eyni qaydada əmanətlərin də xarici valyutada qəbulu barəsində qətiyyətli addımlar atmalıdır. Unutmaq olmaz ki, bu məsələdə tərəzinin iki gözü var. Banklarda xarici valyutada kreditlər verilməsi və xarici valyutada əmanətlər qəbulu arasında tarazlıq yaratmaq üçün tərəzinin hər iki gözü yüklənməlidir.
Daha döğrusu, xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulursa, deməli əmanətlərin də xarici valyutada qəbuluna məhdudiyyət qoyulmalıdır. İnanaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın günlərdə bu istiqamətdə də aidiyyəti addımlar atılacaq.
Fikrət Yusifov,
"Ekonomiks" Beynəlxalq
İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad
elmləri doktoru, professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 19:35
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ