"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılması üçün "Open skies" açıq səma üzrə saziş imzalayıblar.
Trend-in məlumatına görə, ikitərəfli saziş ABŞ və Azərbaycan arasında hava əlaqəsinin təşkili preosesini sürətləndirməyə imkan yaradacaq və kommersiya reyslərinin sayının artmasına xidmət edəcək.