"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Monteneqro və bütün Balkan regionunun inkişafında Azərbaycanın sadiqliyini sübut edir.
Trend-in məlumatına görə, bunu Monteneqro Prezidenti Filip Vuyanoviç "bne IntelliNews" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı və Podqoritsa arasında olan möhkəm tərəfdaşlıq münasibətləri Monteneqroya iqtisadiyyatın şaxələndirilməsində kömək edə bilər: "Azərbaycanla münasibətlərimizdən çox razıyam. Azərbaycan qazının idxalı Monteneqronun sənaye inkişafına təkan verəcək və əlaqələrimizi daha da möhkəmləndirəcək".
Monteneqro Prezidenti deyib ki, SOCAR Adriatik dənizi sahillərində Monteneqrodakı kurortun tikintisinə bu günədək 200 milyondan artıq avro qoyub.