Bazar günü günü, 25 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Alparslan
Tarix: 30.03.2016 / 02:07
Bölmə: İqtisadiyyat
Türk millətinin ən böyük qəhrəmanlarından biri olan Alparslan Səlçuqlu dövlətinin qurulmasında böyük rolu olan Xorasan valisi Çağrı bəyin oğludur. 20 yanvar 1029-cu ildə anadan olub.Yaxşı təhsil alıb, sayı-hesabı olmayan zəfərlər qazanaraq mərdliyi, qəhrəmanlığı və komandanlığı ilə məşhur olub.
Alparslan atasının vəfatından sonra Xorasan valisi oldu. Əmisi Tuğrul bəy 1063-cü il sentyabr ayının 4-də vəfat etdiyi zaman onun vəsiyyəti ilə Səlçuqlu taxtına Alparslanın böyük qardaşı Süleyman gətirildi. Fəqət türk bəyləri buna qarşı çıxdılar və bir hökmdar olaraq taxta yaraşan Alparslanı görmək istədilər. Beləcə, Alparslan 1064-cü il aprel ayının 24-də böyük bir mərasimlə taxta çıxdı. Alparslan taxta keçdikdən sonra əmisinin vəzirliyini edən Amidülmülk Qundarini vəzifəsindən azad edib, yerinə böyük bir dövlət adamı olaraq tarixə keçən Nizamülmülkü vəzir təyin etdi. Təkbaşına buyruq bəylərilə mücadiləyə başlayan Alparslan onların hamısını bir bayraq altında toplamağı bacardı və Səlçuqlu dövlətini böyüdərək türk millətinin tarixində qurulan ən güclü dövlətlərdən biri halına gətirdi.
Türk millətinin qəhrəman atalarından sayılan Alparslan 1064-cü ilin sonuna doğru Gürcüstanı zəbt etdi. Sonra üsyan edən qardaşı Kavurdu itaəti altına aldı. 1065-ci ildə Amudərya çayını keçib o bölgədəki hökmdarla anlaşdı. Bu arada Alparslana bağlı bəylər də boş durmurdular, onlar Anadoluda Bizans imperatorluğunun üzərinə yürüşlər təşkil edib çox sayda zəfərlər əldə etdilər və bizanslılara aid torpaq sahələrini zəbt edərək onların hüdudlarını xeyli azaltdılar.
Səlçuqlu sultanı Alparslanın getdikcə güclənməsi Bizans imperatorluğunu təlaşlandırırdı. İmperator Romen Diyogen ordusunu toplayıb türklərə qarşı səfərə çıxdı. Paluya gəldikdə Malatyada buraxdığı ordusunun türklər tərəfindən pərişan edildiyi xəbərini aldı və geri dönməyə məcbur oldu.
1070-ci ildə Alparslan Xorasan və İraq ordularının başında Azərbaycana girdi və sərhəddəki bütün qalaları fəth etdi. Sonra o, Van gölünün şimalından keçərək Malazgirdə gəldikdə, oradakı qala da təslim oldu. Daha sonra Alparslan Urfaya doğru hərəkət edib oraları mühasirə altına alaraq özünə təslim etdi. Bu qədər fəthlərdən yorulmayan Alparslan Diyarbəkirdən Əlcəzairə girdi. Misirdə bir-birilə mücadilə edən Fatimi komandanları Alparslanı Misiri fəth etməyə təşviq edirdilər. 1071-ci ildə Səlçuqlu ordusu Misir üzərinə səfər etmək üçün Hələbdə toplandı.
Alparslanın Misir səfərinə çıxdığını öyrənən Bizans imperatoru Romen Diyogen Səlçuqlu ordusuna qarşı bir həmlə etməyi düşündü. O, Azərbaycana qədər gedərək türk qalalarını zəbt etməyə və türkləri Anadoludan uzaqlaşdırmağa qərar verdi. Rumelidə yaşayan peçenek və oğuz türklərini, eləcə də erməniləri ordusuna qatdı və 1071-ci il mart ayının 13-də 200 min nəfərlik Bizans ordusu İstanbuldan yola çıxdı.
İmperator bu səfərdən böyük zəfərlə dönəcəyini xalqına vəd etmişdi. Romen Diyogen və ordusu yol boyunca qətliamlar törədərək Ərzurum yolu ilə Malazgirdə doğru irəliləməyə davam etdi. Misir üzərinə səfər etmək üçün ordusunu Hələbdə toplayan Alparslan isə Bizans ordusunun gəlməkdə olduğunu öyrəndikdə Misir səfərindən vaz keçib şimala doğru yola çıxdı. Beləcə, Mosul, Rakka, Urfa, Diyarbəkir yolu ilə Bitlisə gəldi. Burada ordusundan 10 min nəfərlik bir qüvvəni ayırıb Ehlata göndərdi. Bizans ordusunun da bir bölümü Ehlatda idi. Nəticədə ilk döyüş Ehlatda baş verdi. Bizanslılar darmadağın edildilər. Malazgirdə doğru irəliləyən Alparslan 1071-ci il avqust ayının 24-də Malazgirdin şərqindəki Rahva ovasına çatdı. Ehlatda dağıdılan qüvvələrin gəlməsi ilə türk ordusunun qısa bir zamanda qarşısına çıxmasına çaşıb qalan Bizans imperatoru da ordusunu Rahva ovasının digər tərəfində yerləşdirdi. Beləcə, müqavilə təkliflərinin rədd edilməsilə döyüş hazırlıqları başlandı.
26 avqust cümə günü əsgərlərini toplayan Alparslan atından enərək səcdə etdi və: "Ya Rəbb, Sənə təvəkkül edib əzəmətin qarşısında üzümü yerə sürtür və Sənin uğrunda cihad edirəm. Ya Rəbb, mənim niyyətim xalisdir, mənə yardım et, sözlərimdə ziddiyyət varsa, məni qəhr et," - deyə dua etdi. Sonra əsgərlərinə dönərək: "Burada Allah-Təaladan başqa bir sultan yoxdur. Əmr və tale Onun əlindədir. Buna görə mənimlə birlikdə cihad etməkdə və ya məndən ayrılmaqda sərbəstsiniz", - dedi. Əsgərlər coşaraq hamısı bir ağızdan: "Biz sənin əmrindən əsla ayrılmayacağıq", - dedilər. Sonra hamısı göz yaşı axıdaraq bir-birilə halallaşdılar. Sultan ağ paltar geydi, atının quyruğunu bağlayıb silahını əlinə aldı və belə dedi: "Ey əsgərlərim! Əgər mən şəhid olsam, bu ağ geyimim kəfənim olsun. O zaman ruhum göylərə çıxar. Məndən sonra oğlum Məlik şahzadəni taxta çıxarın və ona bağlı qalın. Zəfəri qazansaq, istiqlal bizimdir," - dedi.
Alparslanın bu sözləri qəhrəman türk ordusunun əsgərlərini coşdurdu və onlar böyük şövqlə cümə namazını qılıb özlərini hazır vəziyyətə gətirdilər. Məzhəb təzyiqi səbəbilə bizanslılara qarşı küskün olan ermənilər döyüş meydanını tərk etdilər. Ermənilərin bu hərəkətləri Bizans ordusunun tərkibində olan türkləri də hərəkətə gətirdi və onlar özlərinə vəd olunan qızıldan vaz keçib Alparslanın ordusuna qatıldılar. Bu hadisə Bizans əsgərlərinə mənəvi təsir etdi. Sultan Alparslan son dərəcə gözəl bir döyüş taktikası hazırlamışdı. Onun ay şəklində yaydığı ordusu Malazgird meydanında axşama qədər döyüşdü. Çaşqınlıq içərisində qalan Bizans ordusu ayın içərisində pərişan hala gəldi. Cəngavərliyinə baxmayaraq, heç bir şey edə bilməyən Bizans imperatoru Romen Diyogen yaralı halda əsir düşdü.
Sultan Alparslana əsir düşən Bizansın məğrur imperatoru türk hökmdarının böyüklüyə yaraşan bir hərəkətlə onunla hörmətli bir qonaq kimi davrandığını və sərbəst buraxdığını gördükdə çaşıb qalmışdı. Çünki bu fürsət öz əlinə keçsəydi, əksini edərdi. Qarşısına gətirilən Romen Diyogenə Alparslanın ilk sözü: "Sülhü niyə pozdun" - sualı oldu.
Xaçlı səfərində qarşısına çıxanı əzmək, yandırıb-yaxmaq ehtirasıyla hərəkət edən Pyer Lermit komandanlığındakı xaçlı orduları ilə döyüşən Qılınc Arslanın əsirlərə, rahiblərə, qadınlara və uşaqlara toxunulmaması üçün günlük əmrlər çıxardığı və bu kimilərin İznik qalasında qorunduğu türk tarixinin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Daha sonrakı bir səfərdə xaçlıların Qılınc Arslanın zövcəsi tərəfindən aylarca müdafiə edilən İznik qalasına girdiklərində öz əsirlərinin burada sağ-salamat olduqlarını heyrətlə gördükdən sonra sanki bir şükran, minnətdarlıq imiş kimi silahsız İznik xalqını qılıncdan keçirmələri də məşhurdur. Hələ xristianlar xaçlı səfərlərinin birində İstanbula gələrək xalqı qılıncdan keçirib, hər tərəfi yandırıb-yaxıb, sənət əsərləri ilə dolu olan gözəl şəhəri viranəyə çevirib, məscidləri atlarına axur etmişdilər.
Halbuki, Sultan Alparslan döyüşdən sonra hüzuruna gətirilən imperatoru onun heç ümid etmədiyi şəkildə əfv etdi. Bizans imperatorunun hərb təzminatı ödəməsi, hər il xərac və ehtiyac halında olan Səlcuqlu ordusuna əsgər göndərməsi qarşılığında bir müqavilə imzaladı. Fəqət Diyogen İstanbula geri dönərkən Bizans taxtının əl dəyişdirməsi nəticəsində imzalanan müqavilə keçərsiz sayıldı. Belə olduqda Sultan Alparslan da Səlcuqlu şahzadəsini Anadolunu fəth etmək üçün vəzifələndirdi. Beləcə, türklər qısa bir zamanda Anadolunun bir çox bölgəsinə hakim oldular.
Sultan Alparslan Malazgird zəfərindən sonra 1072-ci ildə çox sayda atlı ilə Maveraünnehrə doğru səfərə çıxdı. O, bütün türkləri bir bayraq altında toplamaq istəyirdi. Ordunun başında Buxaraya yaxınlaşdı. Amudərya çayı yaxınlığındakı Hana qalasını mühasirə altına aldı. Qala komandanı Yusuf əl-Xarəzmi qalanın müdafiə oluna bilməyəcəyini anladı və təslim olacağını bildirdi. Xain Yusuf Alparslanın hüzuruna gətirildiyində sultana hücum edib onu xəncərlə yaraladı. Yusufu dərhal öldürdülər. Sultan da aldığı yaradan qurtula bilmədi. Qəhrəman atamız 1072-ci il oktyabr ayının 25-də: "Mən nə zaman düşmənin üzərinə əzm etsəm, Allah-Təalaya sığınar, Ondan yardım dilərdim. Dünən bir təpə üzərinə çıxdığım zaman əsgərlərimin çoxluğundan, ordumun böyüklüyündən mənə ayağımın altındakı dağ titrəyir kimi gəldi. "Mən dünyanın hökmdarıyam, mənə kim qalib gələ bilər?" - deyə bir düşüncə qəlbimə girdi. Bax, bunun nəticəsi olaraq, Cənab Haqq aciz bir qulu ilə məni cəzalandırdı. Ürəyimdən keçən bu düşüncəyə və daha əvvəl işləmiş olduğum xətaya və qürurlandığıma görə Allah-Təaladan əfv diləyirəm. La ilahə illallah Məhəmmədün rəsulullah!..." - deyərək şəhid oldu. Sultan Alparslan Tehran şəhərinin yaxınlığındakı Rey şəhərinin qəbiristanlığında dəfn edilib.
Sultan Alparslan dünyanın ən böyük cahangirlərindən biri olub. O, bütün insani xüsusiyyətləri daşıyırdı. Yaxşı bir döyüşçü olmaqla bərabər, yaxşı adət-ənənə, qayda-qanun tərəfdarı idi.
Sultan Alparslan səltənəti müddətincə İslam dininə xidmət edib. İslamiyyəti daxildən yıxmağa çalışan gizli düşmənlərə və şiə hərəkatlarına qarşı çox həssas olub. Hətta bir dəfə: "Mən neçə dəfə demişəm. Biz bu ölkələri Allah-Təalanın izni ilə silah gücü ilə aldıq. Bizlər təmiz müsəlmanlarıq. Buna görə də Allah-Təala xalis türkləri əziz qıldı", - deyib. O, Uca Allaha inanan, peyğəmbərə bağlı bir müsəlman idi. Onun dini mövzuda anlatdıqları çox önəmlidir. Onun dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı.
Türkün xarakteri və psixologiyasının xüsusiyyətləri demokratiya prinsiplərinə bağlıdır, intizam sevəndir, ailə və namus anlayışı onda müqəddəslik dərəcəsinə yüksəlib, qonaqpərvərdir, mütəvazidir, sülhsevərdir, fəqət Vətən və millət xidmətində daim bir əsgərdir.
Bu da bir həqiqətdir ki, türklərin ən mühüm qurumlarından biri əsgərlikdir. Dövlətin maddi və mənəvi gücünün mənbəyi ordudur. Ordu gücünün təməli də intizamdır. Hər bir türk varlığını bu ideala bağlayır. Bu təşkilat eyni zamanda fikri, vücudu, igidliyi, mərdliyi, şərəfi və şəxsiyyəti qazandırma ocağıdır.
Türklərin bugünkü ordu quruluşundakı əsaslar keçmişdən qalmadır. Bu quruluşu minlərcə il əvvəl türklər öz təcrübələrini bir-birinə qataraq işləyib, bütün dünyaya nümunə olublar. Onbaşı, yüzbaşı, minbaşı kimi rütbələr, tümən, ordu kimi birlik və quruluş terminləri islamdan əvvəlki türk dövlətlərində istifadə olunub. Türklüyün keçmiş varlıqlarını, dəyərlərini əsgərlik və ordu saxlayıb, yaşadıb.
Türklərin bu yüksək insani və mədəni xüsusiyyətləri onların milli hərəkatındakı və millətlərarası münasibətlərindəki rolunu müəyyən edib. Türk insanı, təbii və tarixi şəraitlərin dəyişməsində yeni mədəniyyət nümunələri meydana gətirib və bu xüsusiyyətlər sayəsində dünyanın bir çox bölgəsini işıqlandırıb, idarə edib.
Alparslan atamızın şəxsiyyətini, qurduğu dövləti məhdud səhifələr arasına sığdırmaq mümkün deyil. Onun tarixi, siyasi və hərbi icraatları ilə əlaqəli xüsuslar cildlər dolusu kitablarda qeydə alınıb. O, Türk millətinin tarixinin ən parlaq səhifələrini dünya tarixinə yazdıran atalarımızın ən başda gələnlərindən biridir. Türk millətinin ən mühüm mərhələlərindən biri onun adı ilə bağlıdır.
İnsanlıq tarixinin ən keçmiş çağlarından günümüzə qədər öz mənliyini və varlığını davamlı qılmaq, soyu təmiz, özü-sözü təmiz, ürəyi-ruhu təmiz, insanlıq məfkurəsinin ən yüksək xüsusiyyətlərinə sahib Ulu Türk Milləti tarixdən əvvəl də var idi, tarix boyunca da olub və dünya durduqca olmağa davam edəcək.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ