Bazar günü günü, 25 oktyabr 2026
     

Mənzil bazarı dövlət ipotekasının ümidinə qalıb

Image


Daşınmaz əmlak bazarında hələ də aktivlik aşağı həddə qalmaqda davam edir. Ekspertlər isə bildirir ki, Azərbaycanda əmlak faktiki olaraq 30 faizdən çox ucuzlaşıb. Bu səbəbdən hesab edilir ki, indi ev almaq üçün ən əlverişli məqamdır. Lakin qiymətlərin aşağı enməsinə baxmayaraq, hələ də mənzil bazarında aktivlik istənilən həddə deyil. Araşdırmalar isə göstərir ki, 2014-cü ildən başlayaraq tikinti sektorunda müşahidə edilən zəifləmə yaşayış evlərinin tikintisi sahəsində də müşahidə edilir.
Qeyd edilən dövrdə neft qiymətlərinin enməsi tikinti sektorunda aktivliyin zəifləməsinə, aktivliyin zəifləməsi isə bu sahənin investisiya cəlbediciliyinin azalmasına səbəb olub. Yaranmış vəziyyətdə yaşayış evlərinin tikintisinə sərmayə qoyuluşu xeyli dərəcədə zəifləyib. Sərmayə qoyuluşunun azalması, ümumi işin həcmini kiçiltməklə bərabər, bu sahədə tələbi də zəiflətdiyindən, yaşayış evlərinin dəyərində ciddi azalmalar da qeydə alınır. Yaşayış evlərinin dəyərdən düşməsi isə, öz növbəsində, bu sahəyə sərmayə qoyuluşunun həcminə mənfi təsir göstərir. Mənzil tikintisi sahəsində qoyulan sərmayənin həcminin azalması istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsində özünü büruzə verir. Rəsmi statistik məlumata əsasən, Azərbaycan müstəqillik əldə etdikdən sonra istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsində rekord göstərici 2013-cü ildə qeydə alınıb. Həmin ildə 2,403 milyon kvadratmetr mənzil tikilərək istifadəyə verilmişdi. Amma 2014-cü ildə istifadəyə verilən yaşayaş sahəsi 2,197 milyon kvadratmetrə, 2015-ci ildə isə 1,927 milyon kvadratmetrə endi. Vəziyyət dəyişməsə, cari il ərzində də azalmanın davam etməsi qaçılmaz sayılır.
Digər tərəfdən bankların ipoteka siyasəti də bu yolla mənzilə olan tələbin ödənilməsində ciddi əngəllər yaradır. Belə ki, bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu addım "2016-cı il üçün yaşayış minimumu haqqında" qanunun təsdiq edilməsi ilə bağlıdır. Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir. Azərbaycan İpoteka Fondunun məlumatına əsasən, Fondun xəttilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, "Unibank" isə 200 manatadək artırıb. Bundan başqa, bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. Belə ki, "Muğanbank" ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb. Təbii ki, belə vəziyyət banklardan götürülən ipoteka vasitəsilə mənzil sahibi olmağı çətinləşdirir. Belə vəziyyətdə ekspertlər əsas ümidin dövlət ipoteka kreditlərinə olduğunu deyir. Məsələ burasındadır ki, tezliklə dövlət ipoteka kreditləri yeni əsasda veriləcək. Yeni dəyişikliklər ipoteka kreditlərinin məbləğinin artması və bunun tikinti bazarında yeni canlanmaya gətirib çıxarmasına hesablanıb. Onu da xatırladaq ki, dövlət başçısı ötən ilin sonunda "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması ilə bağlı fərman verib. Yaxın tezlikdə Fond hansısa qurumun struktur vahidi kimi yox, məhz müstəqil hüquqi şəxs, yəni ASC kimi fəaliyyət göstərəcək. Müvafiq fərmanla Nazirlər Kabineti çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflər də hazırlayıb. Eləcə də hökumət tərəfindən ipoteka bazarında baş verən hadisələr daim diqqətdə saxlanacaq və mənzillərin qiymətinin süni şəkildə artırılmasına imkan verilməyəcək. Bütün bunlar məhz ipoteka kreditləşməsi hesabına mənzil bazarında növbəti canlanmaya yol açacaq. Bundan başqa, hökumət İpoteka Fondu xəttilə verilən kommersiya ipoteka kreditləri üzrə faiz dərəcələrinə dəyişiklikləri müzakirə edir. Adi ipoteka kreditinin həcmini artırmaq da planlaşdırılır.
Məhz dövlət ipotekasında dəyişikliklər tikinti bazarını indiki durğunluqdan çıxara bilər. Bundan əlavə, paytaxtın bəzi ərazilərində köhnə binaların sökülməsi də gündəmdədir.
Ekspertlərə görə, köhnə binaların sökülməsi əmlak bazarına təsirsiz ötüşməyəcək. O da bildirilir ki, artıq tikinti şirkətləri evlərin kreditlə satışında güzəştlər etməyə başlayıb.
Bununla tikinti şirkətləri qiymətləri real qiymətlər səviyyəsinə endirməklə müştəri cəlb etmək istəyir. Mütəxəssislərin fikrincə, bu halda bazarda müəyyən aktivlik yarana bilər.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ