Bazar günü günü, 25 oktyabr 2026
     

Banklara üç milyon yarım kredit borclusu ilə bağlı maraqlı hüquqi təhlil aparıldı

Image


Mərkəzi Bankın sədri E.Rüstəmov azadlıq-az-a verdiyi açıqlamada üç milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirib. Belə çıxır ki, ölkə əhalisinin təxminən 26%-nin banklara borcu var. Amma MB əhalinin 26%-ni təşkil edən borcluların tərkibini açıqlamayıb.
Mərkəzi bankın 21 fevral 2015-ci il tarixdə manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərar cəmiyyətdə narahatlıqla qarşılandı. Dolların kursunun 78-79 qəpik olduğu bir vaxtda götürülən kreditin bu günə olan məzənnə ilə ödənilməsi vətəndaşların vəziyyətini ağırlaşdırdığından, hüquqi məntiq bunu rədd edir. MM 439.7-ci maddəsinin tələbinə görə, ödəniş müddəti zamanı pul vahidinin dəyəri artmış və ya azalmışsa, valyuta məzənnəsi dəyişmişsə, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun dəyişən məzənnə ilə öhdəliyi yerinə yetirməlidir. Mülki Məcəllənin bu müddəası vətəndaşların mülki hüquq münasibətlərini bir qrup sindikatların maraqlarına qurban verir.
Konstitusiya Məhkəməsinin MM 439.7 maddəsi ilə bağlı 14 may 2015-ci il tarixli qərarı "əhalinin maraqları nəzərə alınmaqla xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədə müvafiq hesab etmişdir." Qərarın 6-cı bəndindəki "bankların maliyyə imkanlarından asılı olaraq" cümləsi əhalinin yox, bankların maraqlarına xidmət edir. Bu ifadə olmasaydı, 14 may 2015-ci il tarixli qərarın 6-cı bəndi kredit götürənlərin vəziyyətini yüngülləşdirə bilərdi.
Kreditin valyuta ilə götürüldüyü 2010-2015-ci illərdə bağlanılan müqavilələrin ləğvi üçün şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsas verə bilən haldır. Hazırkı vəziyyət fors-majora - tərəflərin iradəsindən asılı olmayan səbəblərə görə yarandığından öhdəlik ləğv edilə bilər. Belə olan halda kreditorla borclunun bir araya gəlib öhdəliyin icrası üçün hər iki tərəfi qane edə biləcək yekun nəticəyə gəlməsi mümkündür.
Hakimiyyətin mənbəyi olan xalqın vəziyyətinin ağırlaşdırılması bir növ Azərbaycan dövlətinin Konstitusiya üzrə ali məqsədinin həyata keçirilməsinə süni əngəl yaradır. Mərkəzi Bank Azərbaycan dövlətinin müstəsna mülkiyyəti kimi maliyyə, manat və valyuta məzənnələri, konstitusion müddəanın həyata keçirilməsi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etdiyindən, bu məsələdə ciddi mövqe tutmalıdır. Ona görə də, məsələyə konstitusion müddəaların konteksində yanaşmaq lazımdır. Azərbaycan vətəndaşlarının problemli kreditlər məsələsi mahiyyətcə vətəndaş qarşıdurmasına, bəzi hallarda isə məhkəmələrdə hakimlərə düşən iş yükünün süni şəkildə artırılmasına apara bilər.
Əminliklə deyirəm ki, krediti alanlar həmin məbləği özünün fəaliyyət sahəsinə uyğun olaraq istifadə etsələr də, borcunu qaytarmaq üçün hər an və hər gün resurslar axtarışında olurlar. Amma kredit verən də kredit alanın maliyyə qabiliyyəti və imkanları əsasında vəsaitin qaytarılması məsələsini araşdırdıqdan sonra krediti vermək barədə qərar verməliydi. Bankların valyuta ilə kredit verməsi isə konstitusiyaya zidd olduğu üçün bu sui-istifadədir. Azərbaycanın pul vahidi manat olduğu, əmək haqqın da manatla ödənildiyi təqdirdə niyə xarici valyuta müstəqil ölkəmizdə meydan sulamalıdır?
Deyilənlərə görə Vasif Talıbov Naxçıvan MR-də xarici valyuta ilə götürülən kreditləri əvvəlki məzənnə ilə ödənilməsinə göstəriş verib və məsələ artıq həllini tapıb. Bəzi türkdilli ölkələr də xarici valyuta ilə alqı-satqını, kredit müqavilələrini qadağan edib. Biz niyə yubanırıq?
Təəssüflə qeyd etmək olar ki, Milli Məclisin iqtisadçı deputatları inflyasiyanı cilovlaya biləcək, (və gözləniləcək III devalvasiyanı aradan qaldıracaq) vətəndaşların vəziyyətini yüngülləşdirəcək bir qərar qəbul etmək üçün təşəbbüs göstərmədilər. (Prezidentə ünvanlanan son təklifdən başqa). İqtisadçı Akademik Ziyad Səmədzadənin təkliflərinin də "rezin güllə" kimi təsiri olmadı. (Banklar bir araya gəlməliydilər!?)
Milli Məclisin üzvləri kreditin məngənəsində iztirablar çəkən seçicisinin vəziyyətini anlamalı, özlərini onların yerinə qoymalıdırlar. Faktiki olaraq banklar valyuta ilə kredit alanların göz yaşlarına inanmırlar. Bir zərb-məsəli də xatırlatmaq istərdim: "Yetim gənci qohumları evləndirmirlər ona görə ki, guya o, xacədir".
Artıq məsələ unudulur, indi banka qoyulan əmanətləri və əmanətçiləri təbliğ edir, daha çox buna imkanlar yaradırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsində təsbit olunan: "Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin (!) ödəniş vasitəsi kimi işlədilməsi qadağandır"- ifadələrin mənasını başqa cür yozmaq olmaz.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların geriyə qüvvəsi yoxdur. "Normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır, bərabər mənafelərə və bərabər münasibətlərə söykənməlidir. Konstitusiyanın bütün qanunlara münasibətdə yüksək hüquqi qüvvəyə malik olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən təmin edilməlidir" -maddəsinin tələbi də başqa səmtə yozula bilməz.
Vəziyyəti və kredit götürənləri, həmçinin hakimləri çaşdıran Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 14 may 2015-ci il tarixli qərarıdır. Konstitusiya məhkəməsi banklardan xarici valyuta ilə kredit götürən fiziki şəxsləri inandırmağa çalışır ki, MM 439.1, 439.2 və 439.7-ci maddələri konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi ilə ziddiyyət təşkil etmir, xarici valyutadan sərbəst istifadəsini və əməliyyatların həyata keçirilməsini istisna etmir. Konstitusiya Məhkəməsi daha sonra qərarına hüquqi güc vermək və onu hüquqi məntiqlə cilalamaq üçün "Valyuta tənzimi haqqında", "Əmanətlərin sığortalanması haqqında" qanunları, MM-nın 135.1, 136-cı və digər maddələri rəhbər tutur. Bir qayda olaraq, Konstitusiya Məhkəməsi Referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz!
Əvvələn: Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildiyindən, Azərbaycan xalqının iradəsini ifadə etdiyindən, bir az da obrazlı ifadə etsəm, Prezidentin and içməsi zamanı səmavi kitab- Qurani-Kərimlə bərabər əsas atribut kimi qəbul edilir. Yuxarıda sadalanan qanunlar Konstitusiya ilə nisbətdə "şah" və "peşka" səviyyəsindədir.
İkincisi; Konstitusiyanın 19-cu maddəsi şəhadət barmağını silkələyərək manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir. "Qadağan edə bilər" yox, "qadağandır" ifadəsi imperativ şəkildə bəyan edilir. Konstitusiyanın 80-ci maddəsi isə yenə imperativ surətdə hər birimizə səslənərək qeyd edir ki; "Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur". Düşünürəm ki, bu vaxta qədər xarici valyutada götürülən kreditlərin yüksək faizlə ödənilməsi yaranmış fors-major halına görə kredit götürənlərin cibinə girmək və etibardan sui-istifadədir.
Konstitusiyanın 12-ci maddəsi Azərbaycan dövlətinin ali məqsədini - insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ehtiva edir. 71-ci maddə isə Konstitusiyada təsbit edilmiş - insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi verilir. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədə olduğundan, Konstitusiya məhkəməsinin Konstitusion müddəalardan başqa istinad etdiyi normativ hüquqi aktlar vətəndaşların hüquqi vəziyyətini ağırlaşdırdığına görə geriyə şamil oluna bilməz. Düşünürəm ki, buna vaxt sərf etməyə də dəyməzdi.
Çox maraqlı haldır ki, MM-nin 448-ci maddəsinin 4-cü bəndi "borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Yəni mövcud şəraitdə fiziki şəxslər tərəfindən öhdəliyin icra edilməməsi tərəflərin cavabdeh olmadığı haldan irəli gəldiyinə görə öhdəliyə (kreditin artan məzənnə ilə ödənilməsinə) xitam verilir və kreditor-banklar borcludan öhdəliyin icrasını tələb etmək hüququnu itirir. Bu, qarşısıalınmaz qüvvə, fövqəladə xarakterli (ictimai, siyasi maliyyə xarakterli hadisə) hadisə kimi anlaşılmalıdır.(MM-nin 448 və 556-cı maddələrin şərhi)
Əslində bankın səlahiyyətli şəxslərinin (kredit zamanı) fiziki şəxslərlə pis niyyətlə razılığa gəlməsi, faiz dərəcələrində aldatmalar, sui-istifadələrlə bağlanmış müqavilələr mübahisə edilən əqdlərdir, əhəmiyyətsizdirlər. Bu barədə MM-nin 339-cu maddəsində qeydlər var. Hamımıza məlumdur ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür, digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxsin vəziyyətindən digər tərəfin istifadə etməsi, vətəndaşların son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olması və müqavilələrin ağır şərtlərlə bağlanması kimi dəyərləndirilməlidir. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir, yalan, reklam xarakterli elanlar verilir. "Kabab iyi eşşək dağlamaq qoxusu ilə əvəz olunur".
Son 10 il ərzində sosial vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə vətəndaşların banklarla mülki münasibətlərdə olması işsizliyin artımına da təsir edir. Heç bir yerdə işləməyən və yaxud az əmək haqqı alan insanların əksər qismi krediti aldıqdan sonra onu qaytarmağa çalışsa da, imkanı çatmır. Banklar isə "təki kredit üçün müraciət etsinlər" prinsipinə üstünlük verərək fəaliyyət istiqamətləri üzrə başqa vəzifələrini unudur. Banklar yalnız kreditlə məşğul olmalıdırlarmı - sualı cavabsız qalır.
İqtisadçıların böhranı aradan qaldırmaq üçün verdikləri təkliflər ağlabatan deyil, vətəndaşları azdırmaqdır. Kredit verməyə zamin duran şəxsin həbs edilməsi isə hüquqi nihilizmdən xəbər verir. Ümumiyyətlə, kredit verərkən "zaminlik" bankların uydurması və həddini aşması, korrupsiya əlamətidir. Çox təəssüf ki, bəzi hakimlər bu "dəyirmana su tökürlər".
Borclularla kredit müqaviləsinin bağlanması zamanı tərəflərin əsas götürdüyü şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun (dəyişdirilməsinə) ləğv edilməsinə əsas verir. Hətta tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması da şəraitin dəyişməsinə bərabər tutulur. Şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşıya bilər ki, tərəflər onu görə bilməzdi və yaxud görə bilsəydilər müqaviləni bağlamazdılar və ya onu dəyişəcək şəraitə münasib olan əhəmiyyətli dərəcədə fərqli şərtlərlə bağlayardılar və s.
Vətəndaşlara təklif edərdim ki, banklara müqavilənin ləğvi, dəyişdirilməsi və yaxud heç olmasa valyutanın artan məzənnəsinin həddinə uyğun faizinin ləğvi, kreditin götürüldüyü dövr ərzində mövcud faizlə ödənilməsi ilə bağlı müraciət etsinlər, imtina cavabı aldıqdan sonra məhkəmələrə iddia qaydasında ərizələr göndərsinlər. Ədalətli hakimlər bu məsələdə vətəndaşlara kömək edəcəklər.
Sonda banklara söyləyəcəyim də var. Qurani-Kərimdə sələm - faiz haram və günah sayılır. Bizim bankirlərin əhalidən aldığı faiz o qədər çoxdur ki, bunun günahını heç dağlar da daşıya bilməz. Heç olmasa Allahdan, cəhənnəm əzabından, onun odununa çevrilməkdən qorxub bir araya gəlin! Sonra gec olacaq.
Şəmsəddin Əliyev,
Hüquqşünas
Redaksiyadan: Hüquqşünas Şəmsəddin Əliyevin inandırıcı arqumentlərlə təqdim etdiyi maraqlı məqaləni oxucularımıza və problemlə birbaşa bağlı insanlara çatdırmaqda məqsədimiz heç də hüquqşünasın fikirlərinə qəzet olaraq dəstək vermək deyil. Lakin bu arqumentlərin çox maraqlı müzakirə doğuracağını istisna etmədən onu ümumi müzakirəyə təqdim edirik. Bütün əks mövqeləri də çap edə bilərik.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ