Azərbaycanda konserv zavodlarını və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən emal müəssisələrini vergidən azad etmək lazımdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.
O bildirib ki, emal müəssisələri və konserv zavodları vergidən azad edilmədiyinə görə onlar digər ölkələrin analoji müəssisələri ilə rəqabət apara bilmirlər: "Nəticədə həmin müəssisələr dünya bazarlarına çıxa bilmirlər".