Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Manatın avro və dollar qarşısında inanılmaz bahalaşma şansı...

Image


Dünyanın ən çox işlənən iki əsas valyutası olaraq tanınan dollar və avronun məzənnəsinin bundan sonra hansı istiqamətdə dəyişəcəyi getdikcə daha çox maraq doğurur. Belə görünür ki, həm ABŞ, həm də Avropa iqtisadi fəallığı dəstəkləmək üçün dövriyyəyə daha çox vəsait buraxmağı düşünürlər. Bu isə həmin valyutaların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarmaq iqtidarındadır.
Qeyd edək ki, ABŞ və Avropa mərkəzi banklarının əlində böyük həcmdə vəsait cəmləşib. Həmin pulların iqtisadiyyatın canlandırılması üçün dövrriyyəyə daxil edilməsi gözlənir.
Ümumiyyətlə, ABŞ Milli İnflyasiya Təşkilatı dünyanın ən böyük 6 bankı ilə bağlı rekord göstəriciləri açıqlayıb. Məlum olub ki, son 10 il ərzində dünyanın ən böyük 6 bankının göstəricisi 4,9 trilyon dollardan 16,9 trilyon dollara yüksəlib. Bu göstərici bütün dövrün rekord nəticəsidir. ABŞ Mərkəz Bankı (FES), Avropa Mərkəzi Bankı (ECB), Yaponiya Mərkəz Bankı (BOJ), İsveçrə Mərkəzi Bankı (SNB), İngiltərə Mərkəzi Bankı (BOE) və Çin Mərkəzi Bankının (PBOC) mal varlığı 239 faiz artaraq 16,9 trilyon dollar olub. "Anadolu" agentliyinə müsahibəsində "Ziraat Yatırım"ın iqtisadçısı Bora Tamer Yılmaz bildirib ki, sərvətlərinin böyüklüyü səbəbindən mərkəzi banklar iqtisadiyyata dəstəyi davam etdirəcək. O, FES-in monetar ekspansiya proqramının ardından ECB və BOJ-un da iqtisadi canlandırma yaratmaq üçün buna əl atacağını qeyd edib. Ekspertlər hesab edir ki, inkişaf etmiş ölkələrin mərkəzi banklarının bazarlara likvidlik verməsi qısa və orta müddətdə inkişaf etməkdə olan ölkələrə kapital axınına səbəb olacaq. Çünki inkişaf etmiş bir çox ölkədə uçot dərəcəsi minimal və ya mənfi səviyyədədir. Bu da qlobal iqtisadi artımı dəstəkləyəcək və xammal, xüsusilə də neft qiymətlərinin kəskin düşməsinin qarşısını alacaq. Hadisələrin bu səpkidə inkişafı isə manatın da məzənnəsinə təsir etməyərək, onu dollar və avro qarşısında bahalaşdıracaq.
Ümumiyyətlə, atılan və atılması gözlənən bəzi addımlar manatın bundan sonra kursunun artmaqda olacağını deməyə əsas verir. Məsələn, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında manat likvidliyinin çatışmaması və manat likvidliyinə dəstək məsələsi hazırda hökumətdə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasında da düşünülür: "Amma təkliflərin əksəriyyəti emissiya şəklində bankların likvidlik potensialının artırılması istiqamətindədir. Banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiya prosesinin həyata keçirilməsidir. Çünki banklarda və əhalidə kifayət qədər pul var. Bankların özünün kifayət qədər vəsaitləri var, ancaq onlar xarici valyutadadır. Həmin xarici valyutanın manata çevirib real sektorun kreditləşməsinə cəlb edilməsi üçün doğru yollar tapmaq lazımdır. Həm əhalinin əmanətləri, həm də investorları qoruyacaq şəkildə optimal həll yolları tapılmalıdır". Məhz bu istiqamətdə atılması gözlənən addımlar manata tələbi artıracaq. Təbii ki, bu da onun bahalaşmasına gətirib çıxaracaq.
Bu arada neft bazarlarında qiymətlərin daha da qalxması gözlənir və bu da milli valyutanın məzənnəsinə təsir edən əsas amillərdən biridir. Digər tərəfdən "RBC Capital Markets"dən Helima Kroft deyir ki, hasilatçıların qiymətə təsiri tamamilə realdır və ilin sonunadək neft qiymətləri 50 dollara yüksələ bilər. Manata tələbi artırmaq üçün uçot dərəcəsi ilə bağlı Mərkəzi Bankın siyasətinin də tezliklə öz nəticəsini verməsi gözlənir. İqtisadçı Vüqar Bayramovun sözləriən görə, güman olunur ki, yaxın vaxtlarda uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul ediləcək: "Bu, manatla yığımların həcminin artırılması baxımından Mərkəzi Bank üçün də əhəmiyyətlidir. Nəzərə alaq ki, uçot dərəcəsi ilə kommersiya banklarının kredit faizləri arasında böyük fərq var, kommersiya banklarının kredit faizləri uçot dərəcəsindən mikrokreditləri üzrə 3,5, istehlak kreditləri üzrə isə 4,2 dəfə çoxdur. Uçot dərəcəsinin artırılması bu fərqi aradan qaldıracaq. Mərkəzi Bank uçot dərəcəsinin artırılmasına uyğun olaraq mərkəzləşdirilmiş kreditlərin həcmini artırarsa, bu, bankların manat likvidliyinə müsbət təsir göstərəcək. Bunun üçün həmin kredit resurslarına çıxış imkanlarının gücləndirilməsinə və onların banklar arasında şəffaf şəkildə bölüşdürülməsinə ehtiyac var. Bu baş verəcəyi halda banklar uçot dərəcəsinə uyğun olaraq Mərkəzi Bankdan manatla mərkəzləşdirilmiş kreditlər cəlb edə biləcək. Uçot dərəcəsinin artırılması, əslində, manata görə ödənişlərin faizinin artırılması deməkdir. Uçot dərəcəsinin artırılması təkcə manatın likvidliyinə deyil, eyni zamanda, əmanətlərin sığortalanması faizinə də təsir göstərəcək. Çünki bu halda artıq banklar manatla yığımlara daha çox dividend ödəmək imkanlarına malik olacaq". Məlumat üçün bildirək ki, Mərkəzi Bank martın 4-də uçot dərəcəsini 7 faizə qaldırıb.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ