Yunanıstan Avropanın və özünün enerji təhlükəsizliyini təmin etmək məqsədilə zəruri addımlar atır. "APA-Economics” xəbər verir ki, bu barədə Avropa Enerji İttifaqının bəyanatında qeyd olunur.
Bəyanatda Yunanıstan hökumətinin atdığı bir sıra addımlar, o cümlədən Trans-Adriatik Boru Kəmərinin (TAP) reallaşmasına verdiyi töhfə yüksək qiymətləndirilir: "Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-ın tikintisi Yunanıstan və Avropanın qaz təchizatının diversifikasiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün həyata keçirilir. Yunanıstan 2020-ci ilə qədər enerji səmərəliliyi hədəfinə nail olacaq".