Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir
Tarix: 08.03.2016 / 01:46
Bölmə: İqtisadiyyat
Uzun illərdir Azərbaycanda sosialyönümlü iqtisadiyyat formalaşdırılıb. Çünki bu, müharibə şəraitində olan, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan, 20 faizdən artıq torpağı işğal edilən respublikamız üçün zəruri bir prosesdir. Söhbət isə uşaqların, gənclərin, ahılların, əlillərin, pensiyaçıların, dövlət qulluqçularının, həmçinin əhalinin digər təbəqələrindən olan vətəndaşlarımızın sosial rifahının yüksəldilməsindən, onların sosial-iqtisadi problemlərinin çözülməsindən, həyat və yaşayış səviyyəsinin normallaşdırılmasından gedir.
Bu baxımdan da hər il pensiyanın baza hissəsi, maaşlar və minimum əməkhaqları artırılır, dövlət büdcəsi müzakirə olunan zaman sosialyönümlü layihələrə daha çox üstünlük verilir.
Vurğulamaq lazımdır ki, hələ Azərbaycanın müstəqlliyinin ilkin dövrlərində Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük addımlar atmağa başlayıb. Xüsusilə də pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində qanunvericilik bazasının və hüquqi sənədlərin hazırlanmasında Heydər Əliyevin misilsiz və danılmaz xidmətləri olub. Belə ki, Heydər Əliyevin təyin etdiyi islahat istiqamətlərinə uyğun olaraq, ölkəmizdə sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi müəyyənləşdirilib. Hələ 2001-ci il iyulun 17-də Heydər Əliyevin Azərbaycanda Pensiya İslahat Konsepsiyasının təsdiq edilməsi barədə imzaladığı Cərəncam 2001-2005-ci illərdə pensiya islahatlarının mərhələlərlə həyata keçirilməsini nəzərdə tuturdu. Sözügedən konsepsiyaya əsasən, 2001-ci ildən başlayaraq "Vətəndaşların pensiya təminatı haqqında" və "Sosial sığorta haqqında" qanunlara əlavələr və dəyişikliklər edilib. 2001-ci ilin noyabrında "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanun qəbul olunub. Məhz bu dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb. Xüsusilə də vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilib.
Ölkədə sosialyönümlü siyasətin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də daim diqqət göstərdiyi məsələlərdəndir. Məhz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti, eləcə də dahi rəhbərin layiqli davamçısı, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkə iqtisadiyyatının ilbəil güclənməsi, ölkəmizin iqtisadi, siyasi və beynəlxalq nüfuzunun artması pensiyaçıların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına, onların sosial rifahının gücləndirilməsinə gətirib çıxarıb. Belə ki, 2006-cı ilin 1 yanvarından 3 qanun - "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar qüvvəyə minib və hər iki sistemin fəaliyyətini təmin edəcək qanunvericilik bazası yaradılıb. Hazırda sığorta-pensiya sistemi 3 qanun ("Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlar), dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun ("Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar) əsasında fəaliyyət göstərir. 2006-cı ildə qəbul olunmuş "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlara uyğun olaraq, pensiyaların növ və tərkibində dəyişikliklər edilib və sosial pensiyalar sosial müavinətlərlə əvəz edilib. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması nəticəsində mövcud maliyyə imkanlarının pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapmaqdadır. Məhz bu günə qədər həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 18,4 manatdan 175,1 manata çatdırılıb. Ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 2015-ci ildə bu rəqəm 175,1 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194,6 manata çatıb. Bunlardan əlavə, dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə imzaladığı sərəncamlara əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3, 2015-ci il yanvarın 1-dən isə 1,4 faizlik artım tətbiq edilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün qəbul etdiyi dürüstləşdirilmiş büdcə layihəsinə əsasən, əhaliyə ödənişlər 3239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur. Həmin büdcə layihəsində əmək pensiyalarının ödənişi xərcləri 3136,1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. Dürüstləşdirilmiş büdcə layihəsinə görə, xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli, 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın icrası məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi hazırlanaraq müvafiq qaydada təqdim olunub. Eyni zamanda, adıçəkilən konsepsiyaya əsasən, Azərbaycanda pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təşkili üçün zəruri daxili texniki və institusional potensialın artırılması məqsədilə müvafiq tədbirlər (Dünya Bankı ilə birlikdə PROST modelinin Azərbaycanın sığorta-pensiya sistemində tətbiqi və Avropa İttifaqının Avropa Qonşuluq və Əməkdaşlıq Aləti olan TAİEX proqramı çərçivəsində "Aktuar tədqiqatlar və pensiya sistemi üzrə modelləşdirmə" layihəsinin reallaşdırılması) həyata keçirilib. Bu cür faktların və konkret statistik göstəricilərlə zəngin məlumatların sayını daha da artırmaq olar. Bir sözlə, pensiya-sığorta sistemində aparılan islahatlar, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər, xüsusilə də pensiyaların hər il artırılması ölkə ictimaiyyətinin müxtəlif təbəqələri tərəfindən yüksək qiymətləndirilir və razılıqla qarşılanır.
Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, pensiyaların baza və sığorta hissələrində artımlar devalvasiya və bazar reallığı fonunda təqaüdçülərin yaşamında ciddi dəyişikliklər yaratmasa da, bütün hallarda, dövlətin bu kateqoriyadan olan insanlara daha öncəlik verdiyinin göstəricisidir. Ümumilikdə isə, istehlak zənbilinin vəziyyətinə görə pensiyaların artırılması, baza hissəsində dəyişiklik əsas meyar olaraq götürülməlidir: "Ona görə də düşünürəm ki, pensiyaçıların məşğulluq imkanlarının artırılması barədə düşünmək indi ən vacib hədəflərdən biri olmalıdır. Bu istiqamətdə də müəyyən addımların atılması pensiyaçıların sosial müdafiəsini daha da gücləndirəcək".
İqtisadçı-ekspert Əli Əlirzayev bildirir ki, pensiyaçıların sosial müdafiəsi həmişə diqqət mərkəzindədir. Onun sözlərinə görə, Azərbaycanda uzun illərdir pensiyaların baza hissəsinin artırılması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Pensiyanın artırılacaq məbləği isə minimum əməkhaqqından və yaşayış mimimumundan asılıdır: "Yaşayış minimumu isə hər il qiymətlərin dəyişməsindən, inflyasiyanın səviyyəsindən, əhalinin gəlirlərindən, istehlak səbətindəki məhsulların miqdarından və çeşidindən birbaşa asılı olaraq dəyişir. Ona görə də qanunvericiliyə əsasən yaşayış minimumu dəyişəndə bu, minimum əməkhaqqına öz təsirini göstərir. Pensiyaların baza hissəsinin artırılmasına gəlincə, bu məsələdə inflyasiyanın səviyyəsi əsas götürülür. Yəni bu səviyyə neçə faiz planlaşdırılıbsa, inflyasiyanı neytrallaşdırmaq üçün pensiyaların baza hissəsi də həmin faizlərə uyğun artırılır. Pensiyaların sığorta hissəsi isə əməkhaqqından, qazanılan gəlirlərdən və bazardan asılıdır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə qeyd edir ki, sosial xərclərin məbləğinin artması eyni zamanda əməkhaqqı və pensiya artımları üçün maliyyə bazası formalaşdırır. Bu da pensiyaların miqdarında artımların olmasına imkan verir. Onun sözərinə görə, 2006-cı ildən başlayaraq təqaüdlər bir neçə dəfə artırılıb:
"Bəzi MDB ölkələri ilə müqayisədə Azərbaycanda pensiyaçıların aldığı məbləğin miqdarı xeyli çoxdur. Hazırda ölkəmizdə pensiyaçıların sayı kifayət qədərdir. Ona görə də onların aldığı təqaüdün miqdarının son dərəcə əhəmiyyətli olduğunu başa düşmək olar. Amma pensiyaların baza hissəsinin böyük məbləğdə artırılması iqtisadi problemlər yarada bilər. Söhbət ondan gedir ki, hər il pensiyanın baza hissəsinə edilən artımlar inflyasiyaya təsir göstərmir, qiymət artımına gətirib çıxarmır. Builki 10 faizlik artım da inflyasiyanın artmasına hər hansı bir formada təsir göstərməyəcək. Onsuz da hər il praktiki olaraq pensiyaların baza hissəsi artırılır. Bu baxımdan da pensiyanın baza hissəsinin sözügedən məbləğdə artırılmasının inflyasiyaya ciddi təsir göstərəcəyi real deyil. Pensiyaların baza hissəsi böyük məbləğdə artırılmadığı üçün hazırkı artım da, heç bir halda, ciddi qiymət artımına gətirib çıxarmayacaq. Çünki 10 faizlik artımın istehlak bazarına hansısa formada təsir göstərə biləcəyi güman olunmur. Ən azından, bu cür minimal artımlar qiymətlərin yüksəlməsinə təsir etmək imkanında deyil. Bu səbəbdən də birmənalı şəkildə istehlak bazarında hər hansı bir qiymət artımları müşahidə olunmayacaq. İstehlak bazarında o zaman qiymət artımları baş verə bilər ki, pensiyaların məbləğində ciddi artımlar müşahidə olunsun. Təqaüdlər dəfələrlə artırılsa, bu həmçinin inflyasiyanın yüksəlməsinə gətirib çıxara bilər".
Yeri gəlmişkən, yanvar ayında maraqlı bir hadisənin şahidi oldum. Ağsaqqal bir kişi meyvə almaq istəyirdi. Onun getdiyi mağazanın qarşı tərəfində yeşiklərdə 3 kiloqram alma 2 manata satıldığı halda, eyni sortda və eyni ölçüdə almanın 1 kiloqramını mağazadan 2 manata aldı. Marağıma səbəb olduğundan, ağsaqqaldan bunun səbəbini soruşdum. Allahverdi Rzayev adlı pensiyaçı dedi ki, mağazanın qarşısında meyvə satan satdıqlarının pulunu özünə götürür: "Amma mağaza dövlətə vergi ödəyir. Dövlət də həmin verginin hesabına mənə pensiya verir. Ona görə də bahalı olmasına baxmayaraq, mağazadan alver etməyə üstünlük verirəm".
İradə Sarıyeva
Yazı Dövlət Sosial Müdafiə Fondunun "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ