Azərbaycan, Neft İxrac edən Ölkələr Birliyi (OPEK) ölkələrinin ucuz neft qiymətlərinin qarşısını almaq üçün neft istehsalını dondurmaq qərarını dəstəklədiyini açıqlayıb.
Baki-xeber.com "Sputnik”ə istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Azərbaycanın OPEK-in qərarı uyğun olaraq bu il neft istehsalını donduracağını bildirib: "Biz də eyni addımı atacağıq. Bu il neft istehsalını dondurmaq və istehsalı eyni səviyyədə saxlamağı planlaşdırırıq".
Abdullayev istehsalın artırılması iklə bağlı bəzi layihələrin də təxirə alındığını, planlaşdırılan istehsal səviyyəsinin keçən ildən yüksək olmayacağını ifadə edib.