"Forbes” jurnalı dünyanın ən varlılarının siyahısını açıqladı. Siyahıda diqqət çəkən əsas adam isə keçən il dünyanın ən varlı ikinci adamı olan meksikalı telekommunikasiya nəhəngi Carlos Slim Helu oldu.
Helu keçən il ikinci olduğu siyahıda bu il dördüncü sıraya enib. O, keçən il dünyada hamıdan çox pul itirən şəxs olub – tam 27,1 milyard dollar.
Slimin sərvəti bu şəkildə 50 milyard dollara enib.
Slimin sərvətinin əriməsində ən böyük faktor, sahibi olduğu "America Movil” şirkətinin 2015-ci ildə 20 faiz dəyər itirməsi olub.
Şirkətin dəyər itirməsinə isə Meksikada yeni qüvvəyə minən telekommunikasiya qaydaları və Braziliya iqtisadiyyatındakı itkilər olub. Slimin şirkəti üçün Braziliya böyük əhəmiyyət daşıyır.
Slimin sərvətini əridən digər bir faktor isə Meksika pesosunun dollar qarşısında keçən il 20 faiz dəyər itirməsi olub.