Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsində payının maliyyələşdirilməsi ilə bağlı heç bir problemi olmayacaq. Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.
O, əlavə edib ki, 2016-cı ilin aprelində Transadriatik (TAP) boru kəməri layihəsi üzrə maliyyə məsələləri həll ediləcək.