Fevralın 29-da isə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın "Darou pakhsh” şirkətinin nümayəndələri ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə edilib.
Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkında olub, investorlar üçün yaradılan imkanlarla tanış olublar.