"Əgər imkanlar və resurslar varsa, onlardan istifadə edib lazımi güzəştlər, konpensiyasiyalar veriləcək. Yox, əgər imkan yoxdursa, onda sadəcə olaraq bütün dünyada, devalvasiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımı atacaq”. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyası ilə əlaqədər bank kreditlərinə güzəştlərin tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.
Ə.Əhmədov vurğulayıb ki, məsələ ciddi şəkildə araşdırılmalıdır: "Hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımi resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir”.