Bazar ertəsi günü, 26 oktyabr 2026
     

DSMF-də kollegiya iclası keçirilib

Image


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən baki-xeber.com-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icra olunduğunu, bu əsasda Fondun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin 2015-ci ildə də davam etdirildiyini bildirib.

Qeyd olunub ki, ilkin məlumatlara əsasən 2015-ci ildə Fondun gəlirləri 2912,4 mln. manat təşkil etmişdir ki, bu da 2014-cü ilə nisbətən 15,6 mln. manat çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2014-cü ilə nisbətən 3,6 faiz və ya 62,0 mln. manat artaraq 1805,7 mln. manat təşkil etmişdir. 2015-ci ildə sosial sığorta haqlarının 64,2 faizi və ya 1159,2 mln. manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3,3 faiz və ya 36,6 mln. manat çoxdur.

Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2934,2 mln. manat təşkil edib ki, bunun da 2872,0 mln. manatı və yaxud 97,9 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 mln. manat təşkil edib.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib.

Fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib və nəticədə pensiya ödənişi aparılan bütün pensiyaçıların pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 204 min nəfər artaraq 3 milyon 180 min nəfərdən çox təşkil edib ki, bu da sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib. 2015-ci il ərzində daha 5 elektron xidmət aktivləşdirilərək "Elektron hökumət” portalına inteqrasiya edilib və bununla da sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin edilib. Elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi məqsədilə Fond tərəfindən regional təqdimatlar keçirilib. Eyni zamanda kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun yerli orqanlarında yardım masalarının fəaliyyəti davam etdirilib.

"Elektron hökümət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən il ərzində Fondun həm öz saytı, həm də "Elektron hökumət” portalı və "Hökumət Ödəniş Portalı” vasitəsilə ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilə nisbətən 2 dəfə çoxdur.

Fondun çağrı mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2015-ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğun olaraq yenidən qurulub, habelə sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması məqsədilə 195 Çağrı Mərkəzinin Fondun çağrı mərkəzinə inteqrasiyası həyata keçirilib.

Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən "Mərkəzi Çağrı Sistemi” vasitəsi ilə həyata keçirilməsi, habelə "ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

Sığorta-pensiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Beynəlxalq Sosial Təminat Assosiasiyasının və müxtəlif ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlıq, həmçinin əmək miqrantlarının əmək fəaliyyəti dövründə müxtəlif dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının tanınması və pensiya təyinatında nəzərə alınması prinsiplərini tənzimləyəcək ikitərəfli sazişlərin bağlanması istiqamətində tədbirlər davam etdirilib. 28 noyabr 2015-ci il tarixdə Minsk şəhərində "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.

Ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi məqsədilə Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan tvinninq layihəsi çərçivəsində beynəlxalq ekspertlərlə birgə dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə dair qanun layihələri hazırlanıb və 2015-ci ilin oktyabr ayında qeyd olunan qanun layihələrinin geniş ictimai müzakirəsi təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına müvafiq olaraq sığortaedənlərdə auditin elektron qaydada aparılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, elektron auditin tətbiqi üçün hüquqi bazanın inkişaf etdirilməsi, onun metodologiyasının hazırlanması və bu sistemə keçid üçün kadr potensialının gücləndirilməsi məqsədilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində müvafiq qaydada təqdim edilmiş tvinninq layihəsi Avropa Komissiyası tərəfindən təsdiq olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın icrası məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi hazırlanaraq müvafiq qaydada təqdim olunub. Eyni zamanda, Konsepsiyaya əsasən Azərbaycanda pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təşkili üçün zəruri daxili texniki və institusional potensialın artırılması məqsədilə müvafiq tədbirlər (Dünya Bankı ilə birlikdə PROST modelinin Azərbaycanın sığorta-pensiya sistemində tətbiqi və Avropa İttifaqının Avropa Qonşuluq və Əməkdaşlıq Aləti olan TAİEX proqramı çərçivəsində "Aktuar tədqiqatlar və pensiya sistemi üzrə modelləşdirmə” layihəsinin reallaşdırılması) həyata keçirilib.

Dövlət qulluqçularının peşəkarlığının artırılması ilə bağlı kadrların ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının tədris planı, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində tədbirlər davam etdirilib.

Vətəndaşların informasiya ilə təmin olunması və onların sığorta-pensiya sistemində fəal iştiraka cəlb edilməsi məqsədilə geniş təbliğat işləri aparılıb. Fondun fəaliyyətinə səmərəli ictimai nəzarət imkanının yaradılması məqsədilə regionlarda müxtəlif mövzularda "Açıq qapı” günü – vətəndaş forumları keçirilib. Həmçinin kütləvi informasiya vasitələrindən istifadə olunmaqla "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqənin və Fondun əməkdaşlarının iştirakı ilə müxtəlif televiziya, radio kanallarında dövri verilişlərin təşkili təmin olunub.

Hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub. 2015-ci ildə Fondun Aparatına vətəndaşlardan 5930 müraciət daxil olub. Bilavasitə Fondun rəhbərliyi tərəfindən 407 (o cümlədən Fondun Aparatında 81, respublikanın regionlarında 326) vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb. Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-ci illə müqayisədə 26 faiz azalıb.

İclasda həmçinin Fondun orqanlarının üzərinə düşən funksiyaların 2015-ci ildəki icrası vəziyyəti təhlil olunub. Azərbaycan Respublikası Prezidentinin maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin, ictimai nəzarətin genişləndirilməsi barədə tapşırıqları iclas iştirakçılarının nəzərinə bir daha çatdırılaraq, 2016-cı ildə Fondun orqanlarının qarşısında duran vəzifələr müzakirə edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ