Dünyada neft şirkətlərinin 95%-i "qara qızıl"ın bir barelinin 15 ABŞ dolları olacağı halda öz rentabelliklərini saxlaya bilər. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Deloitte" konsaltinq şirkətinin yeni hesabatında deyilir.
2014-cü ildə neft şirkətlərinin yalnız 65 faizi neftin qiymətinin 15 dollar/barel olacağı halda öz rentabelliklərini saxlaya bilərdilər. Hesabat müəlliflərinin fikrincə, bu, şirkətlərin öz istehsal xərclərini azalda bildiklərini göstərir.