ABŞ-ın "Goldman Sachs" bankının proqnozlarına görə 15 ildə ilk dəfə OPEC və digər ölkələrin neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı əldə etdiyi razılıq "qara qızıl"ın qiymətlərinə ciddi təsir etməyəcək.
"APA-Economics" xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuelanın birgə qərarına baxmayaraq, hələ də bazarda yüksək səviyyədə qeyri-müəyyənlik müşahidə olunur.