Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmrə əsasən, Apellyasiya Şurasının Əsasnaməsi təsdiq edilib və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.