Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Prezident ölkəyə xarici investorların real gəlişi yolundakı bir maneəni də aradan götürdü

Image


Günel Fərhadqızı: "Prezidentimizin qanun layihəsini dəstəkləməməsini və sahibkarlara dəstək olmasını müsbət addım kimi qiymətləndirirəm"

"Bu cür sərt inzibati tədbirləri tətbiq etməzdən öncə gərək daxili bazar tam formalaşsın və iqtisadiyyatın xarici mənbələrdən asılılığı azaldılsın"
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmayıb. Qanun Milli Məclisə geri qaytarılıb.
Bu barədə Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən məlumat verilib. Qanun sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq imzalanmayıb.
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti komitəsinin birgə iclasında bu qanun layihəsinin dünyanın bir çox ölkələrində tətbiq edilən təcrübə olduğunu deyib. "Bu qanun layihəsində valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib. Lakin insanların təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməsilə banklar tərəfindən bu proses tənzimlənəcək. Burada 20%-lik yığım tətbiq olunacaq. "Valyuta tənzimi haqqında" qanun layihəsi valyuta və kapital hərəkətini tam qadağan etmir, sadəcə bu proseslər iqtisadi metodla tənzimlənir".Qeyd edək ki, sənədə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxsin özünün və (və ya yaxın qohumunun (əri, arvadı), valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) adına xarici ölkədə açılmış hesablara 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə təqvim ili ərzində bundan artıq məbləğin 20%-i miqdarında icbari yığım tutulmalı idi. Burada fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınacaq.
Prezidentin veto qoyduğu qanunun sahibkar və vətəndaşlar üçün hansı müsbət və ya mənfi tərəfləri var?
İqtisadçı Günel Fərhadqızı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, İlham Əliyevin həmin qanun layihəsini imzalamaması müsbət haldır:
"Nəzərə alsaq ki, bir çox daxili istehsal məhsullarının xammalı xaricdən idxal olunur, beynəlxalq idxal-ixrac müqavilələri var, idxal olunan məhsullarının qiyməti daha yüksək ola bilər. 50000 dollar məbləği və 20 %-lik büdcəyə icbari ödəmə çox sərt tələbdir və idxal mallarından çox asılı olan yerli sahibkarlığın inkişafına maneə törədir. Yerli sahibkarlığın idxal asılılığı aradan qaldırıldıqdan, xammal məhsulları daxili bazarda hazırlanandan sonra bu cür inzibati sərt tədbirlər görmək olar ki, daxili bazara dəstək olsun.
Bundan əlavə bilirik ki, bir çox cərrahiyyə əməliyyatları ölkədən kənarda aparılır. Onların qiymətləri də aşağı deyil. Xəstə əməliyyat üçün müvafiq vəsaiti köçürmək istəyəndə o ödənişdən 20% tutularsa, xəstənin halını düşünmək olar.
Xaricdə öz hesabına təhsil almağa gedən tələbələrin təhsil haqqı xərci, gündəlik xərcləri, kirayə haqları və s. kimi zəruri xərclərinin olmasını da nəzərə almaq lazımdır. Eləcə də, bankların əksəriyyəti xarici ölkələrdən kredit götürür, aylıq ödəniş 50000 dolları məbləğini ötür, bu zaman bank xarici maliyyə qurumu önündə öhdəliyini icra etmək üçün daha çox vəsaitə malik olmalıdır ki, bu da bank sferasında xərclərin artmasına, bank xidmətlərinin maya dəyərinin artmasına və onların bahalaşmasına gətirib çıxaracaq.
Məncə, bu məsələ ümumi halda deyil, fərdi qaydada tətbiq edilməlidir. Yəni bütün 50000 dollarından yuxarı köçürmə məbləğlərinə deyil, konkret təyinat və məqsədlərə yönəldilməlidir. Məncə, bu məbləğ ən azı 500000 dollar olmalıdır və faiz 10%-dək azaldılmalı və köçürmə hallarına fərdi yanaşılmalıdır. Əgər o vəsait xaricdə əmlak, xaricdəki banka depozit qoymaq, xarici iqtisadiyyata sərmayə qoymaq və konkret ölkədən pul çıxartmaq məqsədilə edilirsə, inzibati qayda tətbiq edilə bilər, o da ki, bu hal sübuta yetirilərsə.
Əks təqdirdə, bu həm sahibkarlığın, həm də fərdi qaydada şəxslərin müqavilə şərtlərinin pozulmasına gətirib çıxardacaq, xarici tərəfdaş önündə öhdəliklərini icra etmək və tələb olunan məbləği hesabına pul köçürtmək üçün daha çox vəsait ayırmalı olacaq ki, bu da sahibkarların xərclərini artıracaq. Nüfuzuna xələl gətirəcək və tərəfdaşı tərəfindən etibarsızlığın formalaşmasına səbəb olacaq.
Bu cür sərt inzibati tədbirləri tətbiq etməzdən öncə gərək daxili bazar tam formalaşsın və iqtisadiyyatın xarici mənbələrdən asılılığı azaldılsın. Nəzərə alsaq ki, dövlət bir çox layihələr üçün götürülən kreditlərə zamin durur, bu birbaşa dövlətin özünə və büdcəsinə zərər vuracaq. Ödənilə bilməyən hər öhdəliyə görə dövlət büdcəsindən vəsait ayrılmalı olacaq. Yəni buradan tətbiq edilən 20% onsuz da yenidən büdəcədən subsidiya və ya kredit öhdəliyinin icrası üçün yönəldilməsinə səbəb olacaq.
Xarici təcrübəni ölkəyə gətirməzdən öncə daxili bazar və ölkə iqtisadiyyatının real durumu nəzərə alınmalıdır.Prezidentimizin qanun layihəsini dəstəkləməməsini və sahibkarlara dəstək olmasını müsbət addım kimi qiymətləndirirəm".
Məhəmmədəli QƏRİBLİ




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ