Naxçıvan Avtomobil Zavodunda istehsal edilən "NAZ-Lifan” modellərinin qiyməti artacaq. APA-nın məlumatına görə, bu barədə "AzərTAc"a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib.
"İndiyədək Naxçıvan Avtomobil Zavodunda istehsal edilən "NAZ-Lifan” modellərinin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq. Valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq qiymətlərə yenidən baxılacaq", - deyə M. Abdullayev bildirib.
Zavodun direktoru qiymətlərin modeldən asılı olaraq 15-30 min manat arası dəyişəcəyini ehtimal edir. Eyni zamanda zavodun istehsal etdiyi modellərin respublikada satılan digər avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına çalışacaqlarını qeyd edib.