Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Rövnəq Abdullayev düzgün mülahizə yürütdü...

Image


Dünya bazarlarında neftin qiyməti hələ də aşağı həddə qalmaqdadır. Bu fonda gündəmə gələn məsələlərdən biri də Azərbaycanda benzin və digər növ yanacağın nədən ucuzlaşmamasıdır. Əslində, bu günlərdə sözügedən məsələyə SOCAR prezidenti Rövnəq Abdullayev aydınlıq gətirib. O, hazırda Azərbaycanda yanacağın qiymətinin Amerikadan ucuz olduğunu deyib.
SOCAR prezidenti qeyd edib ki, benzinin qiymətinin neftin dünya bazarındakı qiyməti ilə heç bir bağlılığı yoxdur: "Bizdə neftin qiymətini Tarif Şurası ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur". Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Rövnəq Abdullayevin Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı olmadığı fikrinin əslində həqiqət olduğunu bildirib. Ekspertin fikrincə, Azərbaycan müstəqilliyini əldə edəndən bəri bu bağlılıq mövcud olmayıb. O, daxili bazarda qiymətlərin ancaq dövlət tərəfindən tənzimləndiyini deyib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri qiymətlərin tənzimlənməsinin təkcə pərakəndə deyil, topdansatışa da şamil edildiyini qeyd edib. Benzinin Azərbaycanda dəyəri bir litr üçün 70-dən 1.05 manata qədərdir. Dünya bazarlarında neftin dəyərinin azalması fonunda Azərbaycanda vəziyyətin eyni olaraq qaldığına diqqət çəkən İlham Şaban deyib ki, Azərbaycanda yanacağın qiyməti sonuncu dəfə 2013-cü ilin dekabrında dəyişib.
Hazırda Azərbaycanda yalnız Aİ-92 markalı benzin istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzinlər isə xaricdən idxal olunur. Elə maraq doğuran hal da odur ki, nədən idxal benzinin qiyməti ucuzlaşmır. Son aylar ərzində dünyada neftin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşsa da, nədənsə, idxal olunan "Premium" və "Super" benzinlərinin qiymətində heç bir ucuzlaşma yoxdur. Halbuki, bir sıra dünya ölkələrində fərqli mənzərə müşahidə olunur. Bir daha xatırladaq ki, ölkəmizdə bütün növ enerjidaşıyıcılarının qiymətlərinə Tarif Şurası nəzarət edir. Yalnız idxal olunan Aİ-95 ilə Aİ-98 markalı benzin növlərinin qiymətləri sərbəst olaraq bazar tərəfindən müəyyənləşir. Elə bu səbəbdən iki növ benzinin qiyməti sərbəst buraxıldığı üçün, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasına əsasən, heç olmasa bunlarda eniş baş verməli idi. Ancaq bu müşahidə olunmur. İndinin özündə də bir sıra idxalçı ölkələrin təcrübəsi göstərir ki, dünya bazarında neftin ucuzlaşması həmin dövlətlərdə satılan benzinin qiymətinin aşağı düşməsinə gətirib çıxarır. Bu mənada neftin dünya bazarında ucuzlaşması idxal edilən Aİ-95 ilə Aİ-98 markalı benzinlərə şamil edilə bilər. Bu gün neftin bir barrelinin qiyməti 115 dollardan təqribən 35 dollara qədər düşüb. Neftin ucuzlaşması benzin istehsalının maya dəyərinin aşağı düşməsinə gətirib çıxarır. Ona görə də, ekspertlərin fikrincə, Azərbaycanda da idxal olunan 95-dən yuxarı oktanlı benzinin qiyməti ucuzlaşmalıdır. 92 və ondan aşağı oktanlı benzinlərin qiymətinə gəlincə, qeyd olunduğu kimi, onların hələlik ucuzlaşması mümkün sayılmır. Çünki "qara qızıl"ın ucuzlaşması ölkə daxilində istehsal olunan 92 və ondan aşağı oktanlı benzinlərin qiymətinə təsir göstərmir. Ona görə ki, neftin dünya bazarında ucuzlaşması hasil olunan neftin maya dəyərinin ucuzlaşmasına gətirib çıxarmır. Yəni əsasən idxal olunan benzinlərin qiyməti aşağı düşməlidir. Amma indiyə qədər bu proses reallaşmayıb. Halbuki, idxal benzini onu ölkəyə gətirənlərə əvvəlkilərlə müqayisədə daha ucuz başa gəlir. Bu mənada ekspertlər vurğulayır ki, sözügedən benzinin ucuzlaşması mütləq baş tutmalıdır.
İqtisadçılar ona da diqqət çəkir ki, yanacağın ucuzlaşması üçün hazırda iki səbəb mövcuddur. Birinci səbəb odur ki, yuxarıda da göstərildiyi kimi, dünya bazarında neft ucuzlaşıb. İkinci səbəb odur ki, aksiz vergiləri artırılmışdı və bu da yanacağın qiymətinin artmasına səbəb olmuşdu. Lakin sonradan aksiz vergilərinin faiz dərəcəsi aşağı endirildi və artımdan əvvəlki səviyyəyə qaytarıldı. Bu da idxal benzinin qiymətinin aşağı salınmasını zəruri edir. Belə vəziyyət idxal benzinin daha çox satılmasına da rəvac verər.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ