Azərbaycanda nağd hesablaşmaların aparılmasına limit qoyulması təklif edilib. Trend-in məlumatına görə, bu təkliflə Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.
Onun sözlərinə görə, 1 əməliyyat çərçivəsində nağd hesablaşmalara min manat həcmində limit qoymaq olar.