İqtisadiyyat nazirliyi sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılan növlərinin yeni oprtimallaşdırılmış siyahısını təqdim edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, yeni siyahı çox güman ki, hazırda parlamentdə baxılan "Lisenziyalar və icazələr haqqında" qanunla birlikdə qüvvəyə minəcək.