Cümə axşamı günü, 09 iyul 2026
     

Bağlanan bankların sayı artacaq

Image


Kiçik bankların birləşməsi kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə gətirə bilər

Son günlərdə ölkənin bank sektorunda baş verənlər gündəmin əsas mövzularından birinə çevrilib. Proseslərin təhlili göstərir ki, maliyyə dayanaqlığı zəif olan, qoyulan tələblərə cavab verməyən bankların bu bazarı tərk etməsi davam edəcək. Yeri gəlmişkən qeyd edək ki, ölkədə 11 bank ləğv olunma prosesindədir. 2015-ci ilin yekunları üzrə belə bankların sayı 7 olub.
Bundan başqa, Mərkəzi Bank 2016-cı ilin əvvəlindən daha 7 bankın lisenziyasını ləğv edib. Bunlar - "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank"dır. "NBCBank" ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.
Qeyd olunanlar, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğu nəzərə alınaraq, Mərkəzi Bankın "NBCBank" ASC-nin bank lisenziyasının ləğv olunması barədə qərarı ləğv edilib. Qafqaz İnkişaf Bankı və "Atrabank"ın da analoji planları var. Belə olan halda, hazırda 11 bank ləğv olunma prosesindədir. Qeyd edək ki, Azərbaycanda 36 bank fəaliyyət göstərir. Amma qeyd olunduğu kimi, onların sayı bir qədər də azalacaq. Ekspertlər isə bütün bunların bank sektoru üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Əksər mütəxəssislər hesab edir ki, ölkədə bankların sayının ən azı 20-25-ə qədər endirilməsi optimal variant hesab oluna bilər. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmək variantı təklif olunur.
Ekspertlər hesab edir ki, banklardakı əsas problemlərdən biri maliyyə çatışmazlığıdır. İstehlak kreditlərinin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi və bank gəlirlərinin daha çox yüksək faiz əsasında formalaşması isə yaranmış vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən bankların bəzisi xidmət şəbəkəsini kiçiltmək və ixtisarlar aparmaq məcburiyyətində qalır. Bütün bunlar nəticədə bankların öhdəliklərini yerinə yetirməsində çətinlik yaradır və belə bankların dövriyyədən çıxması məqbul sayılır. Əslində Azərbaycanda bankların sayının həddən artıq çox olduğu indiyə qədər də dəfələrlə vurğulanıb. Çünki bank sektorunun 90%-dən çoxu 20-25 bankın payına düşür və deməli bankların sayı bu həddə qədər azalmalıdır. İqtisadçı-ekspertlər hesab edir ki, Azərbaycanda daha bir neçə bankın konsolidasiyasına ehtiyac var. Digər tərəfdən, ölkə iqtisadiyyatının həcmini nəzərə aldıqda bankların sayı lazım olandan təxminən 1,5-2 dəfə çoxdur. Aydındır ki, çox bankın olması rəqabət baxımından yaxşıdır, amma bu amil likvidliyə təsir edir, onu azaldır. Banklar müştərilər qarşısında öhdəliklərini yüksək səviyyədə yerinə yetirə bilmir. Bu baxımdan bankların sayının azalması və onların ilk növbədə birləşməsi zəruri hesab olunur. Ona da diqqət çəkilir ki, zəif bankların güclü banklara birləşməsindənsə, bir neçə zəif bankın birləşərək başqa adla bazarda iştirakını davam etdirməsi daha məqsədəuyğundur. Çünki bu halda bank bazarının təmərküzləşməsi zəifləmiş olar. O da mühüm amildir ki, bankların sayının azalması onların reytinqinə müsbət təsir edə bilər. Konsolidasiya gedərsə, banklar daha da güclənər və bu ayrı-ayrı bankların reytinqinə müsbət təsir göstərər. Bu da bankların xaricdən kredit cəlb etməsini əhəmiyyətli dərəcədə asanlaşdırar.
Mütəxəssislər bildirir ki, bankların birləşməsini stimullaşdırmaq üçün onlara müəyyən güzəştlər olunmalıdır. Məsələn, Mərkəzi Bank nisbətən zəif banklara aşağı faizli mərkəzləşdirilmiş kredit resurslarına çıxış vəd etməklə onları birləşməyə sövq edə bilər. Kiçik bankların birləşməsi isə bazara müsbət təsir etmək iqtidarındadır. Bu, ilk növbədə, kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxara bilər və belə hal əhalinin də maraqlarına tam cavab verir. İqtisadçı Vüqar Bayramov da birləşməni zəruri sayır: "Əslində, bankların birləşməsi labüddür. Düzdür, ölkədə neçə bank olması ilə bağlı ortada bir beynəlxalq standart yoxdur. Ancaq ərazisi və əhalisi Azərbaycandan çox olan Qazaxıstanda 35 bank var və onların da sayının azalması gündəmdədir. Azərbaycanda bankların sayı azaldılmalıdır, ancaq bu, monopoliyaya gətirib çıxarmamalıdır. Bəli, belə narahatlıqlar var, amma bunun qarşısının alınması üçün imkanlar var.
Bankların birləşmə prosesi şəffaf və könüllü olmalıdır, Mərkəzi Bank hansısa banka təzyiq etməməlidir. Birləşmə ilə bağlı konkret kriteriyalar olmalıdır. Bundan başqa, xarici banklar ölkəyə dəvət edilməlidir. Bu isə o deməkdir ki, bank sektorunda rəqabətlilik yaranacaq. Hansısa bank inhisarçı mövqe tuta bilməyəcək, çünki ciddi rəqiblə üz-üzə qalxacaq".
Tahir TAĞIYEV






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı canı Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiyada ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:31
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:28
İçərişəhərdə tikinti-bərpa işlərinin aparılması qadağan olundu...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ