Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Bu barədə Trend-ə Komitədən məlumat verilib.
Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi və 6 nəfərdən ibarət Apellyasiya Şurasına komitənin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.