Siqaretin qiymətinin azalmasının əsas səbəbi tütün məhsullarının qaçaqmalçılığı ilə mübarizədir. Bunu Trend-ə "Japan Tobacco International" (JTI) şirkətinin korporativ əlaqələr və kommunikasiyalar üzrə meneceri Əli Verdiyevdir.
Onun sözlərinə görə, Azərbaycan bazarında qiymət artımından sonra ölkəyə qeyri-leqal yolla gətirilən tütün məhsulları peyda oldu: "Bu məhsul ucuz qiymətə idi və onun keyfiyyətinin aşağı olmasına baxmayaraq, əhali onu almağa çalışırdı. Qaçaqmalçılıq yolla gətirilən məhsulların yayılmasının qarşısını almaq üçün siqaretin qitymətlərini azaltmaq qərarına gəldik".