Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Bunu Trend-ə nazirlikdən deyiblər. Belə ki, Zeynalabdin Hüquq baş idarəsinin, Samirə Musayeva isə Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi təyin edilib. S.Musayeva bu vəzifədə Natiq Şirinovu əvəz edib.
Öz növbəsində, N.Şirinov yeni struktur olan Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin edilib. Yeni struktur Beynəlxalq münasibətlər idarəsi və Maliyyə monitorinqi idarəsinin əsasında yaradılıb.
Həmçinin, vergilər nazirinin müşaviri İlqar Əhmədov Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Daha əvvəl bu vəzifəni Tariyel Quliyev tutub. T.Quliyev nazirin müşaviri təyin edilib.
Toğrul Quliyev Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi təyin edilib.
Bundan başqa, vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-ə azaldıb. Belə ki, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.
Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.
Beləliklə, nazir F.Məmmədovun müşavirləri - Ələkbər Məmmədov, Riyad Hüseynov, Məhəmmd Sadıqov, Qabil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev və Tariyel Quliyevdir.