Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Səlim Müslümov Kürdəmirdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü

Image


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Bu barədə baki-xeber.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə nazir S.Müslümov ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizin uzunmüddətli sosial-iqtisadi tərəqqisinin stimullaşdırılması üçün güclü əsasların formalaşdığını vurğulayıb: "Son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə olunduğu, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın qoyulduğu respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib. Qeyri-neft sektorunun çəkisi ümumdaxili məhsulda 70 faizə çatdırılıb və artıq son illərdə ölkədə iqtisadi artımı əsasən bu sektorun inkişafı təmin edir. Bu güclü əsaslar qlobal iqtisadi böhranın dərinləşdiyi, dünya bazarında neftin qiymətinin dəfələrlə düşdüyü, regionda geosiyasi və iqtisadi təzyiqlərin artdığı bir vəziyyətdə də Azərbaycanda iqtisadi və sosial inkişafın davam etməsinə imkan yaradıb. Azərbaycanın ötən ilə dair bütün makroiqtisadi göstəricilərinin müsbət olması bunun real təsdiqidir”.

Bu pozitiv proseslərin dövlətin güclü sosial siyasəti ilə müşahidə olunduğunu vurğulayan nazir qeyd olunan dövrdə əhalinin gəlirlərinin 7 dəfə, adambaşına gəlirlərin 6 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfədən çox artdığını, 70 mindən çox müəssisə və 1,5 milyon iş yeri açılmaqla əmək bazarında sabitliyin əldə edildiyini, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunan digər uğurları diqqətə çatdırıb.

S.Müslümov qeyd edib ki, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib. BMT İnkişaf Proqramının ötən il təqdim etdiyi "İnsan inkişafı naminə əmək” adlı məruzəsində də həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı və s. sahələrdə ölkəmizin müsbət təcrübəsi əsas götürülərək, Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələrdən biri kimi qeyd olunub.

Nazir bildirib ki, bu gün ölkə əhalisinin 23 faizi pensiya, sosial müavinət və Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunur: "Ötən il də bütün sosial proqramlar uğurla davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dövrdə 112663 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı, 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib. Həmçinin keçən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə "Naz-LİFAN” markalı minik avtomobili, 281 müharibə əlilli və şəhid ailəsinə mənzil verilib. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib”.

S.Müslümov eyni zamanda nazirliyin xətti ilə 13,5 mindən çox şəxsə bərpa müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, 265 nəfərin xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərildiyini, 13,6 min nəfərdən çox əlilliyi olan şəxsin və şəhid ailəsinin birdəfəlik maddi yardımla, 5,2 min nəfərə yaxın əlilliyi olan şəxsin sanator-müalicə müəssisələrinə və sağlamlıq-istirahət mərkəzlərinə yollayışlarla təmin olunduğunu bildirib: "Sosial təminat sisteminin əhatə dairəsi də getdikcə genişlənib və son illərdə beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə də Prezidentin aylıq təqaüdünün təyin olunaraq ödənilməsi həyata keçirilir”.

S.Müslümov mövcud iqtisadi şəraitdə də əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla əmək haqlarının, dövlət tərəfdən sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin artırıldığını qeyd edib: "Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin müəyyən qədər artdığı nəzərə alınaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 25 yanvar 2016-cı il tarixli Sərəncam imzalanıb ki, bununla da ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrılıb”.

Nazir həmçinin işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində tədbirlərin gücləndirildiyini diqqətə çatdırıb: "Dövlət başçısının tapşırığına uyğun olaraq dövlətə məxsus şirkətlərdə vakant iş yerləri yaradılmaqdadır. Müsbət haldır ki, ayrı-ayrı özəl şirkətlər də artıq bu prosesə qoşulublar. Yaradılan iş yerlərinə işçilərin qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğuluq orqanları tərəfindən həyata keçiriləcək. Digər tərəfdən, biz artıq respublikada cari il üçün Əmək yarmarkalarının keçirilməsinə başlamışıq. Bütün şəhər və rayonlarda, o cümlədən Kürdəmir rayonunda bu tədbirlər keçiriləcək. Ödənişli ictimai işlər təşkil olunacaq, işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnmələri üçün zəruri addımlar atılacaq. Yəni işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün bütün mümkün tədbirlər görüləcək”.

S.Müslümov sosial müdafiə tədbirlərinin Kürdəmir rayonunu da əhatə etdiyini, rayonda sosial cəhətdən həssas qruplardan olan şəxslərin də sosial təminatının daim gücləndirildiyini, müvafiq təbəqələrdən olan rayon sakinlərinin pensiya, sosial müavinət və təqaüdlərlə, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edildiklərini bildirib. Nazir həmçinin rayonda müharibə əlilləri və şəhid ailələri üçün hazırda 8 fərdi yaşayış evinin tikilməkdə olduğunu, müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edildiklərini, bu sosial müdafiə tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini qeyd edib.

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionların inkişafına diqqət və qayğısı nəticəsində Kürdəmir rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, yeni müəssisələrin və iş yerlərinin açıldığını vurğulayıb. C.Cəfərov 2015-ci ildə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edərək, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən müəyyən edilən vəzifələrin Kürdəmir rayonunda da uğurla icra ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təminatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunub. S.Müslümov Kürdəmir rayon sakinlərinin fikir və təkliflərini dinləyib, onların əmək, məşğulluq və sosial müdafiə sahəsi, bu sahələrdə aparılan islahatlarla bağlı suallarını cavablandırıb. Bir sıra sakinlərin müraciətləri ilə bağlı onlara izahatlar verilib.

Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən, xüsusən son vaxtlarda bu məqsədlə növbəti Fərman və Sərəncamların imzalanmasından, aztəminatlı ailələrə dövlət qayğısının artırılmasından, yeni iş yerlərinin yaradılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Rayon sakinləri sosial müdafiə sahəsinə yüksək diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ