Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Sahibkarların sosial məsuliyyəti yeni postneft iqtisadi siyasətin (YPİS) əsas rıçaqı kimi...

Image


Prezident dedi, köməkçisi izahat verdi, sahibkarlar və müəssisə rəhbərlərinə icra etmək qaldı...

Nazim Əmirxanov: "Yaxşı gündə dövlətin imkanlarından yararlanmaq, çətin gündə isə yalnız özünü düşünməyin adı əsl məsuliyyətsizlikdir"
"Prezidentin və cənab Əli Həsənovun nəzərdə tutduğu sosial məsuliyyət özündə bunu ehtiva edir"

Məlum olduğu kimi, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün də müəyyən problemlər yaradıb. Bunun nəticəsidir ki, ölkəyə valyuta daxilolmaları kəskin azalıb. Manatın kursunun uzunmüddətli stabilliyi özünü "üzən məzənnə" ilə əvəz edib. Dövlət son bir ildə iki dəfə devalvasiya prosesi həyata keçirib.
Bütün bunlar normal və müvəqqəti narahatlığa səbəb olan hallardır. Çünki dünyanın inkişaf etmiş ölkələri belə, iqtisadiyyat üçün zəruri olan bu addımları atır. Bəzi qurumlar və şəxslər yaranmış mühitdən öz xeyirləri üçün sui-istifadə etməyə çalışır. Süni qiymət artımı, iş yerlərində kütləvi ixtisarlar, işçilərin əməkhaqqının kəsilməsi kimi hallara rast gəlinir. Ölkə başçısı keçirdiyi geniş müşavirədə belə hallara qarşı barışmaz mövqeyin ortaya qoyulacağını dedi. Artıq süni qiymət artımı ilə bağlı bir çox zəruri tədbirlər həyata keçirilib. Belə problemlər daha çox özəl qurumları da əhatə etdiyi üçün, tənzimləmə prosesində imperativ normalarla yanaşı, sosial məsuliyyət də böyük rol oynayır. Ölkə başçısı iş adamlarını məhz bu amilə diqqət yetirməyə çağırmışdı. Maraqlıdır ki, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov da Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezidentin işəgötürənlərlə bağlı səsləndirdiyi sosial məsuliyyət mövzusuna yenidən toxunub: "Bugünkü vəziyyətdə icra başçısından tutmuş, sıravi vətəndaşa qədər hamı öz sosial məsuliyyətini dərk etməlidir. İş adamları da sosial məsuliyyətini dərk etməlidir".
Ə.Həsənov bildirib ki, sahibkarlar işçiləri ixtisar etməməyə çalışmalıdır: "Cənab Prezident məhz buna görə sosial məsuliyyət məsələsini xüsusi vurğuladı. Hər bir rayondakı sahibkar özünü dövlətə, dövlətçiliyə, yerli insanlara bağlı hesab edirsə, sosial məsuliyyətini dərk etməli və iş yerlərində ixtisarlar aparmaqdan çəkinməlidir. Bu, sahibkarlığın qarşısında qoyulan sosial məsuliyyətdir. Bələdiyyədən tutmuş, icra hakimiyyətinə qədər yeni şəraitdə dövlətin qarşıya qoyduğu məsuliyyəti dərk etməlidir. İnsanların axşam öz evinə bir tikə çörək aparmaq ehtiyacının məsuliyyəti dərk edilməlidir. İnsanları problemlə təkbətək buraxmaq olmaz".
Ə.Həsənov eyni zamanda bildirib ki, iş adamlarının qarşısında icra strukturlarının məsuliyyəti isə onlara biznesin genişləndirilməsi, sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün bəzi dövlətlərdə, sözün əsl mənasında, bir tikə çörəyə ehtiyacı olan insanlar olduğunu görürük: "Azərbaycan bu vəziyyətə düşməyəcək və düşmək ehtimalı da yoxdur. Ölkənin o vəziyyətə düşməməyi üçün hamı əlindən gələni etməlidir".
Ə.Həsənov vurğulayıb ki, yerli icra strukturları özəlləşmə ilə bağlı təkliflərlə yanaşı, özəlləşdirilmiş və hazırda işləməyən müəssisələrin işlək vəziyyətə gətirilməsi ilə bağlı da təklif hazırlamalıdır.
Prezidentin köməkçisi qeyd edib ki, hər bir dövlət məmuru, onun ailəsi, ətrafı insanların xidmətçisidir: "Vəzifə və məmur daimi deyil. Hər bir insan bu gün vəzifədədir, sabah postunu dəyişə bilər. Bu gün vəzifədə olmayan sabah vəzifədə olanın yerinə gələ bilər. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin siyasətinin gücü xalqa arxalanmağındadır. Yerlərdə hakimiyyətə qarşı müxalifət hərəkətlərinin heç bir perspektivi yoxdur. Hakimiyyət dayanıqlıdır, ona etiraz edənlər heç bir sosial dayağa malik deyillər. Sosial dayaq hər bir hakimiyyətin gücüdür. Dövlət və Prezident belə hesab edir ki, Azərbaycan vətəndaşlarının həllolunmaz problemləri qalmamalıdır. Azərbaycanda işsiz, sosial ehtiyac hissi yaşayan vətəndaş olmamalıdır".
Həm ölkə başçısının, həm də onun köməkçisinin iş adamlarını sosial məsuliyyətə dəvət etməsi nə deməkdir və hazırkı mərhələdə nə rol oynaya bilər?
Sosioloq Nazim Əmirxanov qəzetimizə açıqlamasında bildirdi ki, tamamilə doğru olan çağırışlara bütün cəmiyyət dəstək verməlidir: "Bəzən insanlarımız dövlətin nə olduğunu lazımi şəkildə anlaya bilmir. Bunun üçün biz sosioloqlar onları asan yolla başa salırıq. Ailəni kiçik bir dövlət modeli olaraq onlara misal çəkirik. Hamımızın ailəsi var və bilirik ki, ailədə hər cür vəziyyət yaşanır. Bəzən kasıbçılıq da olur, ancaq bu heç də o anlama gəlmir ki, ritm pozulmalıdır. Kim nə istəyir onu da etməlidir. Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı dövlətin yanında olmalıdır. Təəssüf ki, yaranmış vəziyyətdən sui-istifadə edənlər də az deyil. Hansısa özəl müəssisədə işləyənlərin əməkhaqlarının kəsilməsinin şahidi oluruq. Səbəbini iqtisadi çətinliklə izah edirlər. Heç cür anlaşılmır. Bir adam 300 manat əməkhaqqı alırdısa, indi həmin pulun alıcılıq qabiliyyəti aşağı düşüb. Üstəlik, onun 100 manatını da vəziyyəti bəhanə edib kəsmək hansı məntiqə sığar? Əksinə, həmin işçiyə kömək etmək lazımdır. Bax, Prezidentin və cənab Əli Həsənovun nəzərdə tutduğu sosial məsuliyyət özündə bunu ehtiva edir. İş adamları dövlət, Vətən qarşısında məsuliyyətini dərk etməlidir. Onlar unutmamalıdır ki, Azərbaycanın imkanları, vəziyyətinin ürəkaçan olması həmin adamları zəngin iş adamına çevirib. Yaxşı gündə dövlətin imkanlarından yararlanmaq, çətin gündə isə yalnız özünü düşünməyin adı əsl məsuliyyətsizlikdir".
Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ