Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Vergi ödəyicilərinə göstərilən xidmətlər təkmilləşdirilir

Image


Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığının qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində 2011-2015-ci illəri əhatə edən "ergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin İnkişafı Konsepsiyası" mühüm əhəmiyyət kəsb edir. İcra müddəti başa çatmış Konsepsiya çərçivəsində görülmüş işlərlə bağlı Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədovla sühbət etdik.

- Elçin müəllim, öncə Konsepsiyanın müəyyənləşdirdiyi başlıca hədəflər barədə: qarşıya hansı vəzifələr qoyulmuşdu?

- 2010-cu ilin sonunda qəbul edilmiş bu sənəd Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin qarşısında 5 illik yeni mərhələdə vergi ödəyicilərinə xidmət sahəsinin inkişafı, xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, funksional idarəetmənin yeni formalarının tətbiqi kimi vəzifələr qoymuşdu. Əsas hədəflərimiz bunlar idi:

¨ elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, e-xidmətlərdən istifadənin kütləviləşdirilməsi;

¨ vergi bəyannamələrinin təkmilləşdirilməsi, tərtibatının sadələşdirilməsi;

¨ vergilərin vaxtında ödənilməsi, vergi borclarının yaranmaması üçün profilaktik işlərin təşkili;

¨ vergi ödəyicilərinə xidmətin forma və metodlarının təkmilləşdirilməsi;

¨ vergi ödəyicilərinə xidmət sahəsində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və s.

- Elektron xidmətlərin genişləndirilməsi nəinki Vergilər Nazirliyinin, ümumiyyətlə, hökumətin fəaliyyətinin başlıca prioritetlərindəndir. Konsepsiya çərçivəsində bu sahədə hansı nailiyyətlər əldə olunub?

- Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi bizim üçün həmişə aktualdır. Burada əsas məqsəd perspektivdə vergi ödəyiciləri ilə canlı təmas formalarını məhdudlaşdırmaq və müasir informasiya texnologiyalarından istifadə etməklə vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada tətbiqinin genişləndirilməsinə nail olmaqdır.

Hazırda ölkəmizdə müxtəlif dövlət qurumları tərəfindən 432 elektron xidmət göstərilir. Bu xidmətlərin böyük hissəsi, dəqiq desək, 62-si Vergilər Nazirliyinin payına düşür. İndi Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanıdır. Tətbiq olunan elektron xidmətlər vergi inzibatçılığının, demək olar ki, bütün mərhələlərini əhatə edir.

- Son illər Azərbaycanda informasiya texnologiyaları xeyli inkişaf edib. Ancaq onu da etiraf etmək lazımdır ki, vətəndaşlar müasir texnologiyalar sahəsində yetərincə təkmil bilik və səriştələrə malik deyillər. Belə bir şəraitdə Vergilər Nazirliyi elektron xidmətlərin tətbiqi nəzərdə tutulan auditoriyanı əhatə edə bilirmi?

- Tamamilə doğru yanaşmadır. Həqiqətən, heç də bütün vergi ödəyicilərinin informasiya texnologiyalarından istifadə imkanları və bacarıqları eyni deyil. Vergi ödəyicilərinin bir qismi lazımi istifadəçi bacarıqlarına malik deyil, müvafiq bacarıqlara malik digər hissəsinin isə sərəncamında müvafiq texniki vasitələr yoxdur. Əlbəttə, hər iki amil ciddi problemdir və bunların həlli üçün müvafiq tədbirlər görmüşük.

Konsepsiya qüvvəyə minməzdən əvvəl - 2007-ci ildən Vergilər Nazirliyi tərəfindən vergi orqanı olmayan şəhər və rayonlarda müasir avadanlıqlarla və sürətli internet xətti ilə təchiz edilmiş kompüter terminalları yaradılaraq vergi ödəyicilərinin istifadəsinə verilmişdi. Sonradan bu obyektlər vergi ödəyicilərinə xidmət mərkəzlərinə çevrildi. Burada vergi ödəyiciləri digər xidmətlərlə yanaşı, elektron xidmətlərdən də yararlanmaq imkanı əldə ediblər. Təməli həmin dövrdən qoyulan yanaşma bu gün də vergi ödəyicilərinə xidmət mərkəzlərində davam etdirilir və bu strukturlar elektron xidmətlərin təşviqi sahəsində aparıcı qüvvəyə çevrilib. Son 4 il ərzində - 2012-2015-ci illərdə göstərilmiş elektron xidmətlərin sayı 539 mindən çox olub. Digər tərəfdən, xidmət mərkəzlərinin əməkdaşları tərəfindən vergi ödəyicilərinə elektron xidmətlərdən istifadə ilə bağlı əməli kömək göstərilməklə yanaşı, onların informasiya texnologiyaları üzrə bacarıqlarının yaradılmasına da diqqət yetirilir. Məqsəd budur ki, vergi ödəyicisi növbəti müraciətlər zamanı özünə lazım olan xidmətlərdən müstəqil şəkildə yararlana bilsin.

- Xidmət mərkəzlərində elektron xidmətlərdən əlavə, daha hansı xidmətlər göstərilir?

- Hazırda sayı 55-ə çatmış xidmət mərkəzlərinə müraciət edənlər elektron xidmətlərlə yanaşı, şifahi suallarına cavab alır, yazılı müraciətlərini təqdim edir və hazır sənədləri götürə bilirlər. Təkcə 2015-ci il ərzində bu mərkəzlərə 390 minədək vergi ödəyicisi müraciət edib və onlara 580 minədək xidmət göstərilib (bax diaqrama).

Qeyd edim ki, bu mərkəzlərdə mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən «ASAN imza»nın alınmasında da əməli kömək göstərilir. Yaranma tarixindən 2015-ci ilin sonunadək 190.590 «ASAN imza» verilib ki, bunların bir hissəsi mərkəzlər vasitəsilə təmin olunub.

Hazırda müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə bütün xidmət mərkəzləri növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub. Hər bir xidmət mərkəzinin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil üzərində qurulmasına imkan yaradır.

- Konsepsiyanın hədəfləri arasında bəyanetmə proseslərinin sadələşdirilməsi də var. Bu sahədə hansı nailiyyətlər əldə olunub?

- Əslində, vergitutma bazasının müəyyən olunmasına xidmət edən bəyanetmə vergi inzibatçılığının ən önəmli həlqələrindən biri kimi qəbul olunur. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən «Doing Business» icmalında ölkə imicini formalaşdıran əsas amillərdən biri məhz bəyannamələrin təqdim olunmasına sərf edilən müddətdir. Bəyanetmə proseslərinin sadələşdirilməsi iki amili ehtiva edir - bəyannamə formalarının mümkün qədər sadələşdirilməsini və bəyannamələrin təqdimolunma formalarının təkmilləşdirilməsini.

Bəyannamə formalarının təkmilləşdirilməsi bir çox digər amillərlə, o cümlədən vergi nəzarətinin təkmilləşdirilməsi və vergitutma bazasının müəyyən olunması ilə sıx bağlıdır. Ona görə də Vergilər Nazirliyinin aidiyyəti strukturları tərəfindən bu proses üzərində iş davam etdirilir. O ki qaldı bəyanetmə imkanlarına, hazırda vergi ödəyicisi vergi öhdəliklərini 3 yolla - şəxsən təqdim etmək, poçtla təhvil vermək və elektron şəkildə göndərməklə bəyan edə bilir.

Bir qədər də elektron bəyanetmə barədə məlumat vermək istərdim. Bu proses 2007-ci ildən başlayıb və ilkin mərhələdə yalnız Vergilər Nazirliyinin xüsusi Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə offlayn qaydada həyata keçirilirdi. Sonrakı dövrlərdə sadələşdirilmiş vergi bəyannaməsini onlayn qaydada təqdim etmək imkanı yaradıldı. Bəyanetmə prosesinin inkişafının daha bir təzahürü torpaq vergisinə şamil edilən bəyannamələrin vergi orqanları tərəfindən ilkin tərtibatı və növbəti mərhələdə vergi ödəyicisi tərəfindən təsdiqi mexanizminin işə salınmasıdır.

Daha bir yenilik mobil texnologiyalar sahəsində baş verib. 2015-ci ildən vergi ödəyiciləri Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzinə zəng edərək, sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına «ASAN imza» vasitəsilə daha rahat və sadə yolla təqdim edə bilirlər.

- Konsepsiyada inkişafına ayrıca önəm verilən Vergilər Nazirliyinin "195" Çağrı Mərkəzi yeni innovativ mexanizmlərin tətbiqi ilə seçilir...

- Xatırlatmaq istərdim ki, ayrı-ayrı dövlət orqanlarındakı analoji telefon-məlumat xidmətlərini Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzinə inteqrasiya etməklə vahid nömrəli telefon-məlumat xidmətinin təşkili Konsepsiyada vergi ödəyicilərinə xidmətin inkişafında strateji hədəf kimi göstərilmişdi. Gərgin zəhmət nəticəsində Universal Çağrı Mərkəzinin yaradılması ilə istəyimizə nail ola bildik. Artıq sahibkarlar və vətəndaşlar vaxt itkisinə yol vermədən 195 nömrəsini yığmaqla biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, gömrük rəsmiləşdirilməsi, sosial və digər icbari ödənişlər, əmək qanunvericiliyi, sosial müdafiə, pensiya təminatı və s. barədə bir mənbədən məlumat almaq imkanı əldə ediblər. Bundan başqa, Çağrı Mərkəzində bir sıra yeniliklər tətbiq olunub, vergi ödəyicilərinə göstərilən xidmətin spektri genişləndirilib. Məsələn, vergi ödəyiciləri vergi qanunvericiliyi və inzibatçılığı barədə məlumatları müntəzəm əldə etmək istədikdə, ikitərəfli SMS xidmətinə abunə ola bilərlər. Qeyd edim ki, 2014-cü ildə abunəçilərə göndərilən SMS-lərin sayı 12.492 idisə, 2015-ci ildə bu rəqəm 19.730 olub.

Digər vacib məqam ondan ibarətdir ki, Çağrı Mərkəzi tərəfindən buraxılmış zənglər və ya vergi ödəyicisinin sifarişi əsasında əməkdaşlarımız tərəfindən vergi ödəyiciləri ilə əks-əlaqə saxlanılır, yəni heç bir müraciət cavabsız qalmır. 2014-cü ildə buraxılmış zənglər üzrə əks-əlaqənin sayı 4709, sifariş üzrə 412 olub. 2015-ci ildə isə bu göstəricilər, müvafiq olaraq, 5356 və 594 olub.

- Bu gün vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinin aparılması məsələsi xeyli aktuallaşıb. Bu işlər daha hansı forma və vasitələrlə aparılır?

- Vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsinin vacib vasitəsi kimi Vergilər Nazirliyinin internet portalını (www.taxes.gov.az), həmçinin sosial şəbəkələrdəki səhifələrini misal çəkə bilərəm. www.taxes.gov.az ölkəmizin ən böyük dövlət orqanı portallarından biridir, informasiya texnologiyaları sahəsində dəfələrlə mükafatlara layiq görülərək, birincilik qazanıb. Bununla yanaşı, Vergilər Nazirliyinin mətbu orqanlarının fəaliyyətini, digər kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığı da qeyd etmək yerinə düşər. Məsələn, «Azad Azərbaycan» teleradio yayım şirkəti ilə Vergilər Nazirliyinin birgə telelayihəsi olan həftəlik «İqtisadi zona» verilişinin əhəmiyyətini vurğulamaq istərdim. Bu iqtisadi-analitik proqram Azərbaycanda və dünyada baş verən ən vacib iqtisadi yenilikləri geniş tamaşaçı kütləsinə çatdırmaqla yanaşı, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində atılan addımları, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması prosesini dəstəkləyir.

Vergilər Nazirliyinin Təhsil Nazirliyi ilə əməkdaşlığı da real bəhrələr verir. Vergi orqanları kənd və qəsəbələrdə «Vergi dostları» şəbəkəsini təmsil edən müəllimlərlə sosial tərəfdaşlıq şəraitində vergi qanunvericiliyi və inzibatçılığına dair məlumatların vergi ödəyiciləri, sadə vətəndaşlar arasında yayılmasını təmin edirlər. Yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirən, tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandıran, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edən, orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş vergilərə aid dərs vəsaitlərinin tədrisinə köməklik göstərən «vergi dostları»na vergi orqanlarının, ilk növbədə, xidmət strukturlarının əməkdaşları tərəfindən zəruri maddi-texniki dəstəklə yanaşı, metodiki izahatlar verilir. 2014-cü və 2015-ci illərdə keçirilmiş 258 tədbirdə 5262 «vergi dostu»na müvafiq metodiki dəstək göstərilmişdir. Təbii ki, maarifləndirmə və məlumatlandırma sahəsində fəaliyyətimiz yalnız sadaladıqlarımızla məhdudlaşmır. Təşkil etdiyimiz müxtəlif müsabiqələr, bilik yarışları da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

- Vergi ödəyicilərinə xidmət sahəsinin inzibatçılığının inkişafı xidmətlərin davamlı təkmilləşdirilməsini tələb edir. Bu istiqamətdə hansı işlər görülür?

- Başlıca məqsədlərimizdən biri məkandan, vaxtdan, əməkdaşın və vergi ödəyicisinin kimliyindən, digər subyektiv amillərdən asılı olamayaraq, vergi ödəyicilərinə xidmətlərin eyni şəkildə, eyni səpkidə, eyni səviyyədə göstərilməsini təmin etməkdir. Bunun üçün «Vergi ödəyicilərinə xidmətlərin vahid standartları» müəyyən olunub.

Vergi orqanlarına telefonla, yaxud şəxsən müraciət edən şəxsləri «195» Çağrı Mərkəzinin və xidmət mərkəzlərinin təmsilçiləri qarşıladıqları üçün onların davranışı, rəftarı Vergilər Nazirliyi barədə ilk təəssürat yaradır. Bunu nəzərə alaraq, həmin mərkəzlərin əməkdaşları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin bir qədər də artırılması məqsədilə müvafiq qaydalar hazırlanıb. Vergi ödəyicilərinə üzbəüz və telefon vasitəsilə xidmət göstərən əməkdaşların fəaliyyəti daim nəzarətdə saxlanılır, xidmətlərin müəyyən olunmuş standartlara və qaydalara uyğunluğu mütəmadi yoxlanılır, əməkdaşlar qiymətləndirilir, istər vergi qanunvericiliyində və inzibatçılığında, istərsə də kadr potensialında aşkar edilən zəif tərəflərin aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirilir. Təkcə 2015-ci ildə xidmət mərkəzlərinin 160 təmsilçisinin qiymətləndirilməsi nəticəsində 29 əməkdaşla bağlı məsuliyyət, 31 nəfərə isə həvəsləndirmə tədbirinin görülməsi təklif olunub, distant təhsil formasında 188 əməkdaş tədris kurslarına cəlb edilib.

- Qarşıdakı dövrdə vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha hansı addımların atılması nəzərdə tutulur?

- Hazırda «Fiziki şəxsin onlayn qeydiyyatı» və «Şəhadətnamə-dublikatın verilməsi» kimi elektron xidmətlərin təkmilləşdirilməsi üzərində işlərimiz davam edir. Dəyişiklik nəticəsində vergi ödəyiciləri hər iki xidmətdən Çağrı Mərkəzinə zəng etməklə yararlana biləcəklər.

2016-cı ildən «İqtisadi zona» verilişinin radio formatının yayımına da başlamaq niyyətindəyik. Vergi ödəyiciləri hər həftə bir saat ərzində canlı yayımda suallarını SMS vasitəsilə interaktiv qaydada göndərərək, nazirliyin rəsmi nümayəndəsindən cavab ala biləcəklər. Proqramlarda Vergilər Nazirliyinin rəsmilərinin və ekspertlərin çıxışları da nəzərdə tutulur.

Xüsusi olaraq, «Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək» Tvinninq layihəsini də qeyd etmək yerinə düşər. Artıq layihə üzərində işə başlanmışdır, IOTA tərəfindən dəvət edilmiş ekspertin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə bu sahədə mövcud vəziyyəti və istənilən nəticəni özündə əks etdirən tvinninq layihəsinin «fiş»i (xüsusi sifarişi) hazırlanmışdır. Onu da bildirim ki, İspaniya və Fransanın birgə təklifi elan olunmuş tenderdə qalib gəlib.

Ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 milyon avro məbləğində müəyyən olunan layihə 4 əsas komponentdən ibarətdir:

¨ vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf Proqramının yaradılması;

¨ xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması;

¨ vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi və mövcüd göstəricilərinin təkmilləşdirilməsi;

¨ qabaqcıl metodologiyalara əsaslanaraq, bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılması.

Tvinninq layihəsinin yerinə yetirilməsi nəticəsində təhlil əsaslı xidmət yaradılacaq.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ