Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Mərkəzi Bankın bir vaxtlar buraxdığı səhvin acısını dollar krediti götürmüş vətəndaş niyə çəkməlidir?

Image


"Cənab Prezidentin çağırışını bir daha yada salın"
Prezident yanvar ayının 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkədə real sektorun inkişafında və sosial məsələlərin həllində məmurların üzərinə düşən vəzifələri bir daha onların yadına saldı.
Əlbəttə, bütün sahələrdə olduğu kimi, idarəçilikdə də yarıtmaz kadrlara, məsuliyyətini dərk edə bilməyən şəxslərə rast gəlinir. Ötən dövr ərzində cəmiyyət dəfələrlə şahid olub ki, yerində olmayan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ən nəhayət ailə üzvlərini qanunsuz əməllərdən çəkindirməyi bacarmayan məmurlar Prezidentin xəbərdarlıqlarına uyğun olaraq dərhal işdən azad olunublar, onların qanun pozmuş qohumları isə məhkəmə qarşısında dayanaraq əməllərinə görə cavab veriblər. Azərbaycan vətəndaşları yaxşı bilir ki, övladının qanunsuz əməllərinə görə postunu itirən nazir də olub, icra başçıları da...
Diqqət edirsinizsə, Prezidentin ölkədaxili məsələlərə dair çıxışlarının ana xəttini əsasən bir tezis təşkil edir - "Məmurlar xalqın yanında olmalıdır..." Sözsüz ki, bu da təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən elan etdiyi sosialyönümlü siyasətin əsas tələbidir. Dövlət başçısı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da öz iradəsini bir daha aydın şəkildə nümayiş etdirərək məmurları xalqa xidmət etməyə çağırdı: "Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq". Olduqca dərin mətləbə söykənən bu çağırışı təhlil edə bilən məmur anlamalıdır ki, Prezident bununla dövlətə və onun özünə xidmətin yolunu göstərdi: Prezidentə və Dövlətə xidmət etmək istəyən xalqa xidmət etməlidir və bu xidmət əslində dövlətə və onun başçısına sədaqətin ən parlaq nümunəsidir.
Təəssüflə qeyd etməliyik ki, Prezidentin bu çağırış və xəbərdarlıqlarından nəticə çıxara bilməyən məmurlara bu gün də rast gəlinir. Bəziləri, xalqa xidmət əvəzinə, onun rifahına xələl yetirən, maraqlarına toxunan, dövlət vəsaitlərinin, talanması ilə müşayiət olunan fəaliyyət formalarına üstünlük verirlər ki, bu da onların çox yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə cıxarmadıqlarını göstərir. Fəaliyyətini yalnız xalqın rifah halının yüksəldilməsinə yönəldən Prezidentin çağırışlarından nəticə çıxara bilməyən, məsuliyyətini dərk etməyən məmurlar özbaşınalığın və vəzifədən sui-istifadə hallarının nə ilə, hansı aqibətlə nəticələndiyini görmürlərmi? Məgər bilmirlərmi ki, Prezident xalqın malına göz dikən, insanların heysiyyətinə toxunan, rüşvət və korrupsiya bataqlığında çabalayan səlahiyyət sahiblərini bağışlamır? Axı o, açıq və aydın şəkildə hər kəsin nəzərinə çatdırır ki, kimliyindən asılı olmayaraq, hər kəs öz əməlinə görə cavab verəcək. O, "Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur" deyirsə və atdığı addımlar da bilavasitə bu prinsipə söykənirsə, deməli, bundan ancaq nəticə çıxarıb müəyyən olunmuş siyasətə uyğun fəaliyyət göstərmək lazımdır. Bu siyasətin mərkəzində isə ancaq Azərbaycan xalqı dayanır. Hədəf xalqın sosial durumunu yüksəltmək, işləmək istəyənlərə, yeni iş yerləri açmağa calışanlara şərait yaratmaq, inhisarçılığı aradan qaldırıb iş adamları üçün əlverişli rəqabət mühiti formalaşdırmaq, sahibkarlığı inkişaf etdirmək və son nəticədə cəmiyyətin hər bir üzvünə yüksək həyat səviyyəsi bəxş etməkdir. Kim dövlət başçısının inkişaf etdirdiyi bu xəttə xəyanət edəcəksə, deməli, dövlətə və Prezidentə xəyanət etmiş olacaq!
Təəssüf doğuran məqamlardan biri də odur ki, bu gün bəzi sahə rəhbərləri, orta səviyyəli məmurlar, yerli icra orqanlarının təmsilçiləri üzərlərinə düşən vəzifələri icra etmək əvəzinə gözləmə mövqeyində dayanırlar. Sanki bu adamlar elə hesab edirlər ki, onların işini də Prezident görməli, ən xırda məsələlərin həll yollarını da dövlət başçısı göstərməlidir. Xeyr, Prezident dövlətin müəyyən etdiyi hədəfləri, sosial, iqtisadi, bank-maliyyə məsələləri və başqa məsələlər üzrə dövlətin proqramını bəyan edir. Yerli səviyyələrdə ortaya çıxan problemləri həll etmək isə məhz məmurların üzərinə düşür. Yox, əgər məmur bundan sonra da gözləmə mövqeyi tutursa və bu səbəbdən yaranmış problem şişib cəmiyyətdə narazılığa gətirib çıxarırsa, deməli, məmur yerində deyil. Dediklərimizə misal olaraq bir fakta diqqət yönəltmək istərdik. Hərçənd, kifayət qədər başqa misallar da gətirmək olar. Ötən il ərzində baş vermiş iki devalvasiya və xüsusən də dekabr ayındakı devalvasiya bankların təkidi ilə xarici valyutada kredit götürmüş insanları böyük bir sosial problemlə üz-üzə qoyub. Burada söhbət milyonlarla insanın düşdüyü durumdan gedir. Fevral devalvasiyasına qədər 100 dollar krediti bağlamaq üçün 78 manat xərc çəkən vətəndaşın fevralın 21-dən sonra həmin 100 dollar krediti bağlamaq üçün xərci 105 manata, dekabr ayının 21-dən sonra isə 160 manata gəlib çatdı. Yəni vətəndaş aylıq 100 dollarlıq kredit ödənişi üçün əvvəl ailə büdcəsindən 78 manat xərcləyirdisə, indi bu 100 dollarlıq ödənişi etmək üçün əvvəlkindən 2 dəfədən çox xərcləməlidir. Sual olunur: vətəndaşın günahı nədir? Bu müddət ərzində onun ailə büdcəsi artmadığı halda bu xərci hansı mənbələr hesabına bağlamalıdır? Əgər Mərkəzi Bank və onun rəhbərliyi səhv pul-kredit siyasəti ilə insanlara sosial məsələlərin həlli üçün kreditlərin xarici valyutada ayrılmasına göz yumubsa, indi bütün məsuliyyəti vətəndaş üzərinə yükləmək nə qədər doğrudur? Vətəndaş bu krediti, məsələn, xəstəsini müalicə etməyə, övladının təhsil haqqını ödəməyə, dünyasını dəyişmiş ailə üzvünün yas mərasimini yola verməyə götürüb. Yəni kreditlərin əsas hissəsi sosial təyinatlı kreditlərdir. Lakin Mərkəzi Bankın rəhbərliyi bu problemin həllinə istənilən diqqəti ayırmır. Banklar da müştəriyə ancaq bir sözü deyirlər: "Pulu ödəyin!" Necə, hansı vəsaitlə, bu bank sistemindəki səlahiyyət sahiblərini o qədər də maraqlandırmır. Bu dövlətin təəssübünü çəkən, Prezidentə xidmət itmək istəyən insanlar anlamalıdırlar ki, indiki cətin dönəmdə insanları "Bizə dəxli yoxdur, gedin pul tapıb ödəyin" tələbilə üz-üzə qoymaq olmaz.
Bu problemin optimal həll yolu tapılmalıdır və ümumiyyətlə, hesab edirik ki, dollarla götürülmüş kreditlərə dair məsələyə olduqca ciddi və olduqca həssas yanaşmaq lazımdır. Dırnaqarası münasibətə qətiyyən yol verilməməlidir. Cənab Prezidentin bir çağırışını gəlin bir daha yada salaq: "Bizim siyasətimiz sosial yonümlüdür.
Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik". Odur ki, bank rəhbərləri bu məsələdə öz maraqlarından deyil, məhz DÖVLƏTİN maraqlarından çıxış etməlidirlər.
Fikrət Yusifov,
"Ekonomiks" Beynəlxalq
İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad
elmləri doktoru, professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ