2016-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları dekabr ayı ilə müqayisədə 618,2 milyon dollar (12,3 faiz) - 4 398,5 milyon dollaradək azalıb. Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik məlumatlarında deyilir.
Ötən ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 9 359,8 milyon dollar (68 faiz) azalıb.
AMB-nin valyuta ehtiyatlarının azalması 2014-cü ilin iyul ayından müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, 2014-cü iklin dekabrdan etibarən kəskin azalma baş verib. Bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.
Artıq 2015-ci ilin may-iyun aylarında valyuta ehtiyatlarının artımı bərpa edilib. Belə ki, aprel ayı ilə müqayisədə may ayında AMB-nin ehtiyatları 42,9 milyon dollar (0,51 faiz) artaraq 8,43 milyard dollara çatıb, iyun ayında isə 89,4 milyon dollar (1,06 faiz) artıb.