29 yanvar 2016-cı il tarixində "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya "BBB-" səviyyəsində təsdiq edilib, proqnoz isə "mənfi" saxlanıb.
Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, agentliyin yaydığı son hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.
Maliyyə Nazirliyi "Standard & Poor’s" agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.