"Bank of Azerbaijan” ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqadər, bu bankın əmanətçilərinə qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən seçim aparılıb və "Muğanbank” ASC Fond tərəfindən "Bank of Azerbaijan”ın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib.
"Muğanbank"dan Trend-ə verilən məlumata görə, müvafiq qərar ADIF və "Muğanbank” ASC arasında imzalanmış 22.01.2016-cı il tarixli daxili muqavilə ilə rəsmiləşdirilib. Kompensasiya ödənişləri ”Muğanbank”ın Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək.
Qeyd edək ki, 2012-ci ildə "Muğanbank” lisenziyası artıq ləğv olunmuş "Royal Bank” ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirib və bu sahədə müvafiq təcrübəyə malikdir.
"Bank of Azerbaijan" ASC
"Muğanbank" ASC
Filiallar
Mərkəzi filial
4 saylı şöbə
Bakı şəhəri, Həsən Əliyev küçəsi, 24
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95
1 saylı filial
Nəsimi filialı
Bakı ş., Ş.Bədəlbəyli küç., 94
Bakı ş., Bül-bül pr., 53, mənzil 4-9
3 saylı filial Sahil
Qərb filialı
Bakı ş., S.Vurğun küç., 3
Bakı ş., Səbail r-nu, Nizami küç., 96
4 saylı filial
Bakı ş., Y.V. Çəmənzəminli küç., 14
Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 95
7 saylı filial
Bakı ş., Nəsimi r-nu 3005-ci məhəllə, Cavadxan küç., 11
Bakı ş., Cavadxan küç., 11
20 sayli filial
Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 125
23 saylı filial Avtovağzal
Abşeron filialı
Bakı ş., Sumqayıt şosesi, 3, Beynəlxalq avtovağzalın 1-ci mərtəbəsi
Xırdalan ş., M.Hüseynzadə küç., 1
22 saylı filial Gəncə
Gəncə filialı
Gəncə ş., Ş.İ.Xətai pr. ilə H.Əliyev pr. kəsişməsində, 56 A
Gəncə ş., Cavadxan küç.,36
17 saylı filial Ucar
Ucar filialı
Ucar rayonu, Qarabörk kəndi
Ucar rayonu, Oğuz küçəsi, 44
16 sayli filial Zərdab
Ağcabədi filialı
Zərdab ş., R.Kərimov küç.
Ağcabədi ş., Nəsimi küç. (Ağcabədi rayon İcra Hakimiyyətinin yanı)