Yanvarın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.
AMB-dən baki-xeber.com-a verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 113,260 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.