Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Prezidentin ən yaxın adamı: o hamıdan çox fayda verə bilər

Image


Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və iclasda Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.
***
Əksəriyyətimiz I Avropa Oyunlarını yaxından izləyə bildik. Gözümüzün qarşısında Azərbaycan tarixi bir hadisəyə ev sahibliyi etdi və hamımız gördük ki, belə bir mürəkkəb proses olduqca yüksək idarəçilik elementlərilə əhatə olundu. Düzdür, Mehriban Əliyeva I Avropa Oyunlarına qədər də özünün idarəçilik və təşkilatçılıq bacarığını nümayiş etdirmişdi. Məsələn, Avroviziya musiqi yarışmasının keçirilmə səviyyəsi ölkə əhalisində Mehriban xanımın təşkilatçılıq və idarəçilik imkanları barədə aydın təsəvvürlər yaratmışdı. Bundan başqa, Heydər Əliyev Fondunun xəttilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən nəhəng layihələr Mehriban Əliyevanın bir tərəfdən yüksək zövqündən xəbər verirdisə, digər tərəfdən də onun bir təşkilatçı kimi bütün lazımı keyfiyyətləri özündə birləşdirdiyini göstərirdi. I Avropa Oyunları isə birinci xanımın idarəçilik və təşkilatçılıq bacarığı, fərqli və dərin təfəkkürü, müasir dünya görüşü və ən əsası Azərbaycan adına görülən işlərə ürək qoyması barədə artıq oturuşmuş fikirləri daha da möhkəmləndirdi. Dövlət başçısı cənab İlham Əliyev də məhz sadaladığımız reallıqlardan çıxış edərək I Avropa Oyunları kimi böyük məsuliyyət tələb edən tədbirin təşkilatçılığını Mehriban xanıma həvalə etdi və nəticə göstərdi ki, o olduqca dəqiq seçim edib. Prezidentin adı varsa, deməli, ən yaxşı və ən keyfiyyətli iş nümunələrinə ancaq Mehriban Əliyeva - İlham Əliyevin ƏN YAXIN ADAMI müəlliflik edə bilər və edir!
***
İndiki halda Mehriban Əliyeva fenomeninə diqqət yönəltməyimiz, sözsüz ki, təkcə I Avropa Oyunları və bu oyunların yüksək təşkilatçılıq səviyyəsi ilə əlaqəli deyil. Heç Avropa Olimpiya Komitələrinin təqdim etdiyi Ali Orden də bu yazının əsas qayəsini təşkil etmir. Bütün bunlar barədə əslində həm ölkə, həm də xarici mətbuatda çox yazılıb. Bu yazıda əsas məqsəd Azərbaycanın qədəm qoyduğu yeni mərhələdə, iqtisadi çətinliklərin yarandığı, Prezidentin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiyi, sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da şəffaflaşdırılması istiqamətində zəruri addımların atıldığı, qeyri-neft sektorunun sürətli inkişafını təmin edəcək yeni layihələrin ərsəyə gəldiyi bir ərəfədə cəmiyyətin daha çox inam bəslədiyi, böyük sayğı və ehtiramla yanaşdığı, təşkilatçılıq və idarəçilik məharətilə fərqlənən şəxslərin - kadrların potensialından istifadə olunmasının zərurət kimi meydana çıxmasına diqqət yönəltməkdir. Bu xüsusda məhz Mehriban Əliyeva dövlət görəvlisi kimi göz önünə gəlir və zənnimizcə, artıq bu perspektiv üzərində düşünməyə dəyər. Yüksək idarəçilik potensialına malik olan şəxslər öz bacarıqlarından istənilən sahədə eyni uğurla istifadə edə bilərlər. Mədəni, sosial və humanitar sahələri əhatə edən layihələrin öhdəsindən layiqincə gəlmiş birinci xanım zənnimizcə öz potensialını hələ tam şəkildə açmayıb. Hesab edirik ki, o, daha böyük vəzifələrin öhdəsindən uğurla gələ bilər. Aşağıda fikirlərimizi daha da konkretləşdirəcəyik.
***
Dünya bazarlarında neftin qiymətlərinin 4 dəfəyə qədər azalması səbəbindən Azərbaycan neft ölkəsi olaraq maliyyə çətinlikləri yaşayır. Prezident İlham Əliyev artıq keçən ilin son aylarından başlayaraq ölkədə qeyri-neft sektorunun özəyini təşkil edən azad sahibkarlığın inkişafı yolunda çox ciddi addımlar atıb. Bütövlükdə son 11 il ərzində qeyri-neft sektorunun inkişafı yolunda az iş görülməyib. Bu işlərin nəticəsidir ki, artıq Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 70%-ə yaxınlaşıb. Lakin son il yarım ərzində baş verən proseslər göstərdi ki, neftdən asılılığın aradan tam qaldırılması istiqamətində hələ çox işlər görülməlidir. Bu gün bizim 40 milyard dollara qədər olan Ümumi Daxili Məhsulumuzda qeyri-neft sektorundan ixracımız cəmisi 1,7 milyard dollardır. Düzdür, biz son illərdə qeyri-neft sektorunun sürətli inkişafı hesabına bir çox məhsullara olan təlabatımızı ödəyə bilmişik və bu hesaba idxal bir xeyli azalıb. Lakin bu gün qeyri-neft sektorundan ixracın həcmi, hələ ki, ürəkaçan səviyyədə deyil. Bu vəziyyəti qısa müddətdə aradan qaldırmaq üçün isə genişmiqyaslı tədbirlər həyata keçirilməli, kardinal addımlar atılmalıdır. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi mövcud vəziyyətə adekvat hesab etdiyi bir sıra təkliflər hazırlayıb.
Təkliflərimiz belədir:
- Ölkənin bölgələrində kiçik və orta müəssisələrin qurulmasını özündə əks etdirən xüsusi dövlət proqramı hazırlansın. Bu proqram ən azı 5 illik dövrü əhatə etsin. Proqramda zəruri hesab ediləcək bütün məqamların əks etdirilməsi məqsədilə onun tərtibindən öncə bölgələr üzrə istehsalı mümkün ola biləcək bütün mal və məhsulların müəyyən olunması vacibdir. Bu məqsədlə xüsusi bir araşdırma (inventarlaşma) aparılmalı və hər bölgə üzrə prioritet sahələr sahibkarlara təklif edilməli, onlar da öz layihələrini işləyib hazırlamalıdırlar. Bu proqramın icrası bölgələrin tədricən dotasiyadan çıxarılmasını, yerlərdə yeni iş yerlərinin açılmasını, ölkədə məhsul bolluğunun yaradılmasını, daxili bazarda qiymətlərin sabitləşməsini, eyni zamanda, ixrac potensialının artırılması hesabına ölkəyə valyuta axınını təmin edə biləcəkdir;
- Proqramın illər üzrə maliyyə təminatı bu məqsəd üçün yaradılacaq xüsusi fond hesabına (məsələn, İqtisadi İnkişaf Fondu) həyata keçirilsin. Hər il Dövlət Büdcəsindən və Dövlət Neft Fondunun büdcəsindən bu Fonda xüsusi ayırmalar nəzərdə tutulsun. Dövlət əmlakının özəlləşdirilməsi, daxili və xarici borclanma hesabına əldə ediləcək vəsaitlər də Proqram üzrə icra olunacaq layihələrin maliyyə mənbəyi kimi çıxış edə bilərlər;
- Bölgələrdə sahibkarlar tərəfindən kiçik və orta müəssisələrin qurulmasını özündə əks etdirən layihələrin seçilməsi işi tam şəffaf keçiriləcək tenderlər yolu ilə aparılsın. Layihəsi seçilmiş sahibkarlara Proqramın icrası üçün müəyyən edilmiş maliyyə mənbəyi hesabına 5 ildən 10 ilədək, 0,75 -1,0% dərəcəsi ilə kreditlər verilsin;
- Sahibkarlar götürdükləri kreditlərin ödəmə müddəti bitənə qədər bütün vergilərdən azad edilsinlər;
- Layihələrin seçilməsi, onların maliyyələşdirilməsi və icrasına nəzarət etmək məqsədilə xüsusi Dövlət Komissiyası yaradılsın.
- Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi Milli Fondu ləğv edilsin və onun bazasında xaricdən peşəkar mütəxəsisləri cəlb etmək yolu ilə yeni, çevik bir qurum yaradılsın;
- Bu işdə idarəçiliyin çevikliyini və səmərəliliyini yüksək səviyyədə təmin etmək məqsədilə Azərbaycanın 10 iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndələri təyin edilsin.
Belə bir proqramın uğurla həyata keçirilməsi sözsüz ki, onun icrasına kimin rəhbərlik etməsindən bilavasitə asılıdır. Fikrimizcə, belə bir ciddi, dövlət əhəmiyyətli və ölkə iqtisadyyatı üçün taleyüklü bir Dövlət Proqramının icrasına nəzarət edəcək komissiyaya rəhbərlik öz təşkilatçılıq qabiliyyəti ilə fərqlənmiş, ölkə əhalisinin xüsusi hörmətini qazanmış və ən əsası Prezidentin ƏN YAXIN ADAMI Mehriban Əliyevaya həvalə olunmalıdır. Zənnimizcə, M.Əliyeva dövlət vəzifəsini də başqalarına nümunə ola biləcək səviyyədə icra edə bilər. Hesab edirik ki, bu işin daha yüksək səviyyədə icra olunması məqsədilə M.Əliyevaya baş nazirin müavini statusunun verilməsi də yerinə düşərdi. Fikrimizcə təkliflərimiz qəbul ediləcəyi tədqirdə yaxın 3 ildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığı minimuma enəcək, 5 ilin sonunda isə bu asılılıq tam aradan qaldırılacaq.
Bir vacib məqamı da unutmamalıyıq ki, indiki mərhələ bizdən Prezidentin ətrafında heç vaxt olmadığı kimi birləşməyi tələb edir. Hər bir vətəndaş bu çətin dönəmlərdə dövlətin maraqlarının keşiyində dayanmalı, öz məsuliyyətini dərk etməli və təxribatçı çıxışlara uymamalıdır.
Fikrət Yusifov,
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ