Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycanın iqtisadi zonalar dövrü başlayır

Image


Ölkə iqtisadiyyatı mühüm yeniliklər mərhələsinə qədəm qoyur. Söhbət Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasından gedir və cari il ərzində bu istiqamətdə vacib dəyişikliklər gözlənir. Hesab olunur ki, belə zonalar ilk olaraq sənaye sahəsini əhatə edəcək və bu sferada Azərbaycan əhəmiyyətli nailiyyətlər qazanacaq.
Xatırladaq ki, yanvarın 10-u Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə rəhbəri bu məsələlərə toxunaraq, sənaye istehsalı istiqamətində çox ciddi işlərin aparılmasının vacibliyini bildirib. Prezident qeyd edib ki, texnoparklar, sənaye klasterləri, bütün regionlarda sənaye zonaları yaradılmalıdır: "Yerli icra orqanları daha da səmərəli işləməli, təşəbbüs göstərməlidirlər. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Rayonlar dotasiya ilə yaşamamalı, özləri iqtisadi cəhətdən daha səmərəli işləyərək xərclərini bağlamalıdırlar". Dövlət başçısı Neftçala rayonunda sənaye zonasının yaradılmasını diqqətə çatdıraraq vurğulayıb ki, başqa rayonlarda da bu layihələr icra edilməlidir. Bu yöndə atılan addımlar isə olduqca yüksək qiymətləndirilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə iqtisadi zonaların, sənaye ilə yanaşı, aqrar sektoru da əhatə edəcəyini bildirir: "Aqrar sektor bütün dünyada dotasiya ilə işləyən və ağır sahədir. Azərbaycan hökuməti və digər qurumlar aqrar sahəyə hər zaman diqqət ayırmalıdır. Son illər kənd təsərrüfatına diqqət artırılıb. İri fermer təsərrüfatları yaradılıb. Əvvəllər hər hektardan 20-25 sentner taxıl götürürdülərsə, indi elə fermer təsərrüfatları var ki, 50-55 sentner taxıl götürür. Yəni xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulur ki, bunlar da aqrar sahənin inkişafına gətirib çıxaracaq". Onun sözlərinə görə, bütün bunlar çox ciddi məsələdir: "Xüsusi qanunlar da qəbul etmişik, dövlət başçısı sərəncam da verib. Məlumatıma görə, Qaradağdakı liman istifadəyə verilib və onun ətrafında xüsusi iqtisadi zonanın yaradılması planda var. Ümumiyyətlə, həm Qaradağ, həm də Lənkəran-Astara və Quba-Xaçmazda, xarici dövlətlərlə sərhəd olan regionlarda, dəmiryolu və liman şəhərlərində iqtisadi zonaların yaradılması mümkündür. Bu, iki baxımdan önəmli rol oynayacaq: həm sözügedən zonalara xarici investisiya yatırımı güclənəcək, həm də sahibkarlığın inkişafına təkan verəcək".
Məlumat üçün bildirək ki, xüsusi iqtisadi zonalar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi ərazi hesab olunur. Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkilindən ibarətdir.
Belə zonalar bu gün ABŞ, Çin, Cənubi Koreya, Hindistan, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərində və digərlərində olduqca geniş inkişaf edib. Əsasən də Çin və Avstraliyada xüsusi iqtisadi zonaların ölkə iqtisadiyyatında payı böyükdür. Bu ölkələrə investisiya axınlarının az qala 50 faizdən çoxu həmin zonaların payına düşür.
Qeyd edək ki, xüsusi iqtisadi zonaların müxtəlif növləri arasında seçim hər bir konkret halda qarşıya qoyulan məqsəddən asılı olur. İnkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə belə zonaların müxtəlif növləri eyni zamanda tətbiq olunur. Lakin bu ölkələrdə azad ticarət və elmi-texniki zonalara daha çox üstünlük verilir. İnkişaf etməkdə olan ölkələrdə isə ixrac-istehsal zonaları daha geniş yayılıb. Zonaya cəlb edilən kapitalın mənbələrinə görə inkişaf etmiş ölkələr əsasən milli özəl kapitala üstünlük verirsə, inkişaf etməkdə olan ölkələr xarici investorlara yönəlik siyasət yürüdürlər.
Dünya ölkələrində bu zonaların fəaliyyəti sübut edir ki, bu, ayrı-ayrı ərazilərin və regionların inkişafında həqiqətən təsirli vasitədir. Ekspertlər ona da diqqət çəkir ki, xüsusi iqtisadi zonalar iri şəhərlərə yaxın olmalıdır. Ölkənin inkişaf etmiş şəhərlərində bu zonaların yaradılması ona görə vacibdir ki, yaradılan zavod və fabriklərə ixtisaslı kadrlar cəlb olunsun. Dünya təcrübələri göstərir ki, belə zonalar regionların inkişafının bir elementidir. Ona görə də bu zonaların, iri şəhərlərə yaxın olması ilə yanaşı, regionlarda yaradılması vacibdir. Bununla yanaşı, texnoparkların yaradılmasına xüsusi iqtisadi zonalarının bir elementi kimi baxıla bilər. Texnoparkların yaradılması ona görə vacibdir ki, bu, iqtisadi zonaların əsasını qoyur.
Artıq Sumqayıtda bu səpkidə mühüm addımlar atılıb. Ekspertlər bütün bunların ölkə iqtisadiyyatında mühüm dəyişikliklərə rəvac verəcəyini bildirir.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ