şənbə günü, 08 avqust 2026
     

Regional yol infrastrukturlarının inkişafında müstəsna əhəmiyyətli maliyyə mənbəyi...

Image


Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətidir. Xüsusən də İkinci Qarabağ müharibəsində qazandığı böyük qələbə ilə Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı.

Bu gün ölkəmiz dünyanın nəqliyyat sektorunun inkişafına mühüm töhfələr verir. O da məlumdur ki, Azərbaycan bu sahədə bir çox ideya və layihələrin təşəbbüskarı kimi çıxış edir. Ekspertlərə görə, Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə yüksək dəyərə malikdir. Ölkəmizin bu sahədə rolunun böyük olduğunu deyən ekspertlərin fikrincə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi qətiyyən təsadüfi deyil, bu, Azərbaycanın siyasi-iqtisadi gücünün, iradəsinin göstəricisidir. Eyni zamanda, bu nəqliyyat dəhlizlərinin bizim ərazimizdən keçməsi iqtisadiyyatımıza böyük töhfədir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində olduqca mühüm layihələr reallaşdırılıb, bütün yol infrastrukturu yenilənib, o cümlədən kəndləri, qəsəbələri, şəhərləri birləşdirən yollar salınıb. İşğaldan azad olunmuş ərazilərdə də bu gün müasir yol infrastrukturu qurulur.

Ekspertlərə görə, uzun illər öncədən Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində qəbul edilən davamlı və sistemli qərarlar nəticəsində ölkə istənilən növ daşınmanı həyata keçirməyə, qəbul etməyə, saxlamağa və yola salmağa malikdir.

Prezident İlham Əliyev çıxışlarından birində qeyd edib: “Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz”.

Regional yol infrastrukturlarının inkişafında müstəsna əhəmiyyətli rol oynayan maliyyə mənbəyinə gəlincə, Azərbaycanda regional yol infrastrukturlarının maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir.

Regional və kənd yollarının tikintisi, bərpası və təmiri üçün ayrılan vəsaitlərin böyük hissəsi illik dövlət büdcəsinin investisiya xərcləri çərçivəsindən maliyyələşir. Məlumatlara görə, bu, ən stabil və həlledici maliyyə mənbəyidir. Eyni zamanda burada dövlət investisiya proqramlarının rolu xüsusi vurğulanmalıdır.

“Regionların sosial-iqtisadi inkişafı proqramları”, “Yol İstismarı və Tikintisi layihələri” kimi proqramlar çərçivəsində regionlarda yolların yenidən qurulması üçün əlavə maliyyə ayrılır.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Əyyub Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, regional və respublika əhəmiyyətli yolların maliyyələşməsi dövlət büdcəsi hesabına həyata keçirilir. O qeyd etdi ki, bəzi kənd və məhəllə yolları bələdiyyələr tərəfindən də maliyyələşə bilər. Ekspertin sözlərinə görə, ödənişli yollar isə dövlət və özəl sektorun tərəfdaşlığı çərçivəsində reallaşdırılır. “Hazırda Bakı-Rostov yolu ödənişli formada fəaliyyət göstərir. Əlbəttə ki, biz beynəlxalq təcrübəyə müraciət etsək, fikrimcə, yol infrastrukturunun qurulmasında özəl sektorun və bələdiyyələrin iştirakının artırılması daha müsbət nəticələr vermiş olar. Yol infrastrukturunun qurulması iqtisadiyyat üçün çox əhəmiyyətli rola malikdir. Keçmişdə bir deyim vardı: “Yol mədəniyyətdir”. Amma mən bu gün o fikrə əlavə edərdim ki, yol iqtisadi inkişafdır. Bu gün yol varsa, demək sahibkarlıq fəaliyyəti var, gediş-gəliş var, dinamika var, aktiv fəaliyyət var, turizimin inkişafı var. Son illər ölkəmizdə xeyli sayda yollar çəkilib, yollar genişləndirilib. Bu da regionların sosial-iqtisadi inkişafına, turizimin və sairin inkişafına əsaslı təsir göstərir. Baxın, 15-20 il bundan əvvəl Bakı-Şamaxı, yaxud Bakı-Qəbələ, Bakı-Qazax yolu hansı vəziyyətdə idi, bu gün necədir? Bu yollar yenidən qurulub, genişləndirlib, yükdaşımaların, sürətin artmasına müsbət təsir göstərir. O baxımdan vurğulamaq istəyirəm ki, ölkəmiz nəqliyyat-logistika infrastrukturunun inkişafına əhəmiyyətli invesiya qoyur. Ölkəmizin unikal coğrafi mövqeyi var və bir neçə yol xəttlərinin kəsişməsində yerləşirik. Söhbət həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətindən gedir. Sözsüz ki, bizim nəqliyyat və logistika üçün əhəmiyyətli yollarımız mövccud olmalıdır, keyfiyyət daha da yaxşılaşdırılmalıdır, yollar genişləndirilməlidir. Bu baxımdan, bir iqtisadçı kimi yolların əhəmiyyətini vurğulamaq istəyirəm. Ölkəmizin müxtəlif yerlərində, o cümlədən də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturunun formalaşmasına əhəmiyyətli investisiya yatırılıb ki, o da gələcəkdə həmin bölgələrin iqtisadi inkişafını təmin edəcək. Bu gün yol yeni investorların cəlb olunmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda sahibkarlıq subyektlərinin inkişafına da müsbət təsir göstərir. Bu baxımdan, yolların şaxələndirilməsi, uzunluğunun daha çox olması, infrastrukturun böyüməsi ölkə iqtisadiyyatının inkişafına bilavasitə əhəmiyyətli təsir edən amillərdən biridir”-deyə Ə.Kərimli bildirdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ