Cümə günü, 09 oktyabr 2026
     

Rublun ucuzlaşmasının fəsadı – Rusiyadan Azərbaycana pul göndərişi sürətlə azalır...

Image


Məlum olduğu kimi son günlər Rusiyada rublun ucuzlaşması davam edib. Hətta bu həftənin əvvəlində 1000 rubl 17 manatdan da aşağı düşmüşdü. Bunlar Azərbaycanın Rusiya ilə ticarətinin artması fonunda baş verir. Ümumiyyətlə, Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi son illər artmaqdadır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin birinci yarısında 2 milyard 164 milyon 562 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 592.3 milyon dollar və ya 37.7 faiz çoxdur. Həmin dövrdə Azərbaycan Rusiyadan 1.5 milyard dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 621.1 milyon dollara bərabər olub. Bütün bunları nəzərə alaraq, rublun dəyərdən kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Üstəlik, Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşları ölkələrinə pul göndərir. Qızı Sankt-Peterburqda aşpaz işləyən, özü isə Bakıda yaşayan Sürəyya Novruzova “Azadlıq” radiosuna bildirib ki, əvvəl qızı ayda ona 600 dollar ekvivalentində pul göndərirdisə, indi bu, 450-yə düşüb: “İş var, amma əvvəl 600 dollar 36 min rubl edirdisə, indi 60 min rubl edir. Qızım maaşını rublla alır deyə, artıq əvvəlki kimi göndərə bilmir”. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri iki dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Ölkədən xaricə köçürmələrin isə 40.2 faiz və ya 215.5 milyon manat azaldığı bildirilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  bildirir ki, rublun ucuzlaşması Azərbaycana ciddi təsir etməyəcək: “Bu ilin ilk yarısında Azərbaycanın 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Bu isə o deməkdir ki, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb”. Lakin deputatın sözlərinə görə də, rublun dəyərdən kəskin düşməsi Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcminə təsirsiz ötüşməyəcək: “Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən vəsaitlərin həcminin azalda bilər. Digər tərəfdən, rublun və bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir, bu da Azərbaycanın qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər”. İqtisadçı Zöhrab İsmayıl isə bildirir ki, rublun dəyərdən düşməsi Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəyə görə ona Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalarla bağlıdır: “Bu proses davam edəcək və rubl dəyərdən düşməyə davam edəcək”. Onun sözlərinə görə, rubl dəyərdən nə qədər düşəcəksə, Azərbaycana Rusiyadan idxal edilən ərzaqlar ucuzlaşmalıdır: “Azərbaycan bu məsələdən qazanacaq, çünki rubl dollara nisbətdə ucuzlaşır. Azərbaycan isə Rusiyadan malları dollarla alır. Əslində marketlərdə satılacaq Rusiya istehsallı mallar ucuzlaşmalı olsa da, bu, baş verməyəcək, çünki bu vəziyyətdən ancaq idxalçılar qazanacaq”. Onun fikrincə, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarını ixrac edənlər çətinliklərlə üzləşəcək: “Həmin mallar bahalaşacaq və Rusiya bazarındakı qiymətlərə uyğun olmayacaq. Bununla da bizim ixracatçılarımız itirəcək”. Z.İsmayıl vurğulayır ki, Rusiyada işləyən Azərbaycan vətəndaşları ölkəyə ciddi vəsaitlər göndərirlər: “Təbii ki, onlar üçün də çətinliklər yaranacaq. Rublun dəyərdən düşməsi o deməkdir ki, onlar Azərbaycana daha az pul göndərəcəklər. Rubl ucuzlaşdıqca Rusiyada işləyən azərbaycanlı biznesmenlər daha çox itirəcək”. Hələlik, Azərbaycanın ticarət şəbəkələrində Rusiya istehsalı olan məhsullarda ucuzlaşma müşahidə edilmir. Amma proses davam etdikcə müəyyən ucuzlaşmanın olması da istisna deyil.

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 312 milyon 629 min dollar pul köçürülüb. Bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə 3,1 dəfə və ya 212 milyon 926 min dollar çoxdur. Lakin ilin ikinci rübündə bu göstərici azalmağa doğru gedib. Buarada rublun ucuzlaşması az rol oynamayıb. Halbuki, Rusiyadan Azərbaycana pul köçürmələri ölkəmizin maliyyə bazarı üçün əhəmiyyətlidir, bankların likvidliyi üçün müsbət baza yaradır. Digər tərəfdən, Rusiyada işləyən Azərbaycan vətəndaşlarının öz ailələrinə pul göndərməsi onların sosial vəziyyətinin yaxşılaşmasına dəstək verir. Indilikdə isə kəskin sanksiyalar Rusiya rublunun ciddi şəkildə ucuzlaşmasına səbəb olur. Bu təsiri aradan qaldırmaq üçün Rusiya hökuməti müxtəlif vaxtlarda, fərqli addımlar atır. Ən böyük addım karbohidrogen ehtiyatların satışının rublla həyata keçirilməsi ilə bağlı tələbdir.  Müəyyən  dövr ərzində bu rubla dayaq durdu. Ancaq mövcud vəziyyət uzunmüddətli olmadı. Rubl dəyərdən düşür. İqdisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, rublun kəskin şəkildə ucuzlaşması artıq Rusiya iqtisadiyyatında da ciddi problemlər yaradır: “ Buna görə də  Rusiya Mərkəzi Bankının növbədənkənar iclası keçirilib. Rusiya rublunun dəyərdən düşməsinin qarşısını almaq üçün iclasda uçot dərəcəsinin birdən-birə 12 faizə qaldırılmasına qərar verilib. Ancaq bu, gözlənilən effekti vermir. Rublun getdikcə daha da ucuzlaşması ehtimalı var. Amma müəyyən sabitləşmədən sonra bu baş tutacaq. Yəqin ki, 1 dollar bir müddət 100 rubl civarında sabitləşəcək. Bazar buna adaptasiya olmalıdır. Çünki ilin əvvəlindən rubl  30-35 faiz dəyər itirib. Bir müddətlik adaptasiyadan sonra rublun yenidən dəyərdən düşməsi prosesi davam edə bilər. Çünki sanksiyalar artıq daha çox təsir etməyə başlayır. Rusiya  əsas ixrac məhsulları olan neft və qazını daha az satmağa nail olur. Bundan başqa idxal artır. Ölkəyə xaricdən daha çox məhsullar idxal olunur. Bütün bunlar dollara, valyutaya olan ehtiyacı artıracaq. Nəticə etibarilə bir müddət sabitlik dönəmindən sonra yenidən rublun dəyərdən düşməsi prosesi gedə bilər. Rublun kəskin ucuzlaşması Azərbaycana göndərilən vəsaitin kəskin azalmasına səbəb ola bilər. Rusiyada yaşayan soydaşlarımız təbii ki, qazanclarını rublla əldə edirlər. Ancaq Azərbaycana, ailələrinə dollar və ya avro ilə  pulu köçürürlər. Dollar və avro bahalaşdıqca onlar qazandıqları rublla daha az valyuta ala bilirlər. İlin əvvəlindən 30 faiz daha az valyuta əldə edirlər. Bu da Azərbaycana  göndərilən vəsaitin kəskin azalmasına səbəb ola bilər". Amma o da istisna deyil ki, rubl, ilin əvvəlində olduğu kimi, yenidən dəyər qazansın. Onda bu, Azərbaycana göndərilən pullara da təsir edəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ