Yunanıstanda benzinin qiyməti litri 3 avroya çatıb. Bu ölkənin "pronews.gr" informasiya portalının yazdığına görə, Kos adasında qeydə alınan qiymət artımı Yunanıstan iqtisadiyyatında ciddi rezonans doğurub. Xüsusilə bu qiymət artımının digər sahələrdə də ciddi bahalaşma prosesi yaradacığı təhlükəsi xüsusilə qeyd edilir.
Milos adasında AI-95 markalı benzinin qiyməti litri üçün 2,45 avroya, Patmosda 2,37 avroya, Nisirosda 2,36 avroya, Lerosda 2,35 avroya qədər qalxıb. Ölkə üzrə orta qiymət litr üçün 1 863 avro olub.
Mətləb