Cümə günü, 09 oktyabr 2026
     

Təbii qaz Azərbaycana neftdən daha çox pul qazandırmağa başladı...

Image


Aparılan hesablamalar göstərir ki, bu ilin ilk yarısında Azərbaycanda 15,2 milyon ton neft-kondensat hasil edilib, bunun da 12,7 milyon tonu ixrac olunub. Energetika Nazirliyinin məlumatına əsasən, yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 3% çox - 24,1 milyard kubmetr təbii qaz hasil edilib, bunun da 12 milyard kubmetri ixrac olunub. Avropaya 5,7 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac edilib.

Azərbaycanın ilin ilk yarısında ixrac etdiyi təbii qazın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8%-ə yaxın artıb. Neft və qaz satışından əldə edilən gəlirlərin də miqdarında mühüm artım olub. Məsələn, bu il iyunun 30-na Dövlət Neft Fondunun aktivləri ilin əvvəlinə (49 milyard 033,6 milyon dollar) nisbətən 12 faiz artaraq 54 milyard  915,1 milyon dollar olub. Qurumun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 624,3 milyon manat təşkil edib.  Diqqət çəkən məqamlardan biri satılan təbii qazın Azərbaycana artıq neftdən daha çox vəsait qazandırmasıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən təbii qazın dəyəri bu ilin ilk yarısında 8 milyard 29,1 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 11 milyard 364,8 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 7 milyard 440,4 milyon dollar olub. Qeyd edək ki, ilk yarımildə Azərbaycan xam neft satışından 7.8 milyard dollar, təbii qaz satışından 8 milyard dollardan çox gəlir götürüb. İxracda xam neftin payı 43.4 faiz, təbii qazın payı 44.7 faiz olub. Ötən ilin ilk altı ayında xam neft ixracının toplam ixracdakı payı 50.7 faiz, təbii qazın payı 40.2 faiz idi. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən bəlli olur ki, ötən illə müqayisədə həm xam neftin, həm də təbii qazın ixracı həcmcə aşağı düşüb. Ancaq neftdən fərqli olaraq, təbii qaz qiymətlərinin artması Azərbaycanın qaz ixracından gəlirlərini yüksəldib. Ötən ilin ilk altı ayında Azərbaycan xarici ölkələrə 12.9 milyon ton neft satıb. Bu satışa görə ölkənin gəliri 9.4 milyard dollar olub. Deməli, ötən il hər ton neftin satışı ölkəyə ortalama 725 dollar qazandırıb. Bu ilsə Azərbaycan xarici ölkələrə 12.8 milyon ton neft ixrac edib və qarşılığında 7.8 milyard dollar gəlir götürüb. Beləliklə, bir ton neftin orta ixrac qiyməti təxminən 610 dollar olub və ötən illə müqayisədə 115 dollar azalıb. Ölkənin təbii qaz ixracından əldə etdiyi gəlir ötən illə müqayisədə artıb. Hər min kubmetr qazın orta ixrac dəyəri 655 dollardan 733 dollara yüksəlib. Məlumdur ki, son illər Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başlayıb. Xüsusilə Avropanın enerji təhlükəsizliliyinin təminatında Azərbaycana xüsusi əhəmiyyət verilir. Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox təbii qaz ixrac edəcəyi gözlənilir ki, bunun da təxminən yarısı Avropaya tədarük ediləcək. 2027-ci il üçün Azərbaycan Avropaya nəql edəcək təbii qazın həcmini 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-dən başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə kommersiya istismarı başlanandan sonra ümumilikdə, 23 milyard kubmetr qaz nəql olunub. Azərbaycan qazı hazırda 6 ölkəyə nəql olunur, lakin nəzərdə tutulan işlərin reallaşması sayəsində onların sayının 10-dan çox olacağı gözlənilir. Təbii qaz hasilatının artırılması üçün Azərbaycanın kifayət qədər potensialı var. Belə ki, ölkəmizin çıxarıla bilən qaz ehtiyatları 933 milyard kubmetrdir. Bununla yanaşı 1,7 trilyon kubmetr sübut edilmiş və təxminən 4 trilyon kubmetr proqnozlaşdırılan ehtiyatlarımız mövcuddur. Bu günə kimi Azərbaycanın təbii qaz ixracı ilə bağlı əsas mənbə “Şahdəniz” qaz-kondensat yatağı idi. Lakin bundan sonra bu sıraya “Abşeron” qaz-kondensat yatağı da qoşulacaq. Bir neçə gün əvvəl həmin yataqdan ilk qaz hasil edilib.

Artıq ölkənin təbii qaz gəlirlərinin neft gəlirləri qədər çoxalması dünya bazarlarında neftin kəskin dəyər itirdiyi dövrlərdə ölkə iqtisadiyyatının qarşılaşdığı risqləri nisbətən azalda bilər. Onu da qeyd edək ki, son dövrlər təbii qazın kəskin bahalaşması Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Ukraynaya hücumdan sonra bir çox Qərb ölkəsi Rusiyadan idxalı dayandırıb. Bu vəziyyətin uzun müddət davam etməsi gözlənilir və bu hal təbii qaz qiymətlərinin hələ yüksək qalacağını deməyə əsas verir. Bundan başqa, hökumət qeyri-neft-qaz sektorunda məhsuldarlığın artırılmasına və insan kapitalının inkişafına da xüsusi diqqət edir. Əsas gəlir mənbəyi hələ də neft-qaz sektoru olsa da, son illər qeyri-neft-qaz sektorunun inkişafı yönündə də effektiv iş gedir. Bunu mütləq rəqəmlərdə də görmək olar. Belə ki, bu ilin ilk 6 ayında Azərbaycanda qeyri-neft sənayesi 6,5 % artım nümayiş elətdirib. Ölkənin maliyyə müstəqilliyinin təmin olunması yönündə bəyan edilmiş hədəflər də reallaşır. Ölkənin xarici borcu bu gün cəmi 6,7 milyard  dollar təşkil edir ki, bu da mövcud valyuta ehtiyatından 10 dəfəyə yaxın azdır. Eyni zamanda xarici borc ümumi daxili məhsulumuzun təxminən 10 %-ni təşkil edir. Bu kifayət qədər kiçik göstəricidir. Bu istiqamətdə Azərbaycan mövqeyini daha da yaxşılaşdırmaq üçün müvafiq addımlar atır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ