Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan İsraildən ən müasir silahlar almağa hazırlaşır - Ermənistan və İranın narahatlığı artır...

Image


İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana rəsmi səfəri region ölkələrinin, o cümlədən İran və Ermənistanın da xüsusi diqqət mərkəzindədir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Qallant İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərini edir. Səfərin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək və iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.

Xatırladaq ki, İsrailin Azərbaycanla münasibətləri son vaxtlar intensivləşib. Bu ilin martında xarici işlər naziri Ceyhun Bayramov İsraildə səfirliyin açılışına qatılıb. Yeri gəlmişkən qeyd edək ki, prezident İlham Əliyev Yoav Qallantı qəbul edərkən səfirlik məsələsinə də toxunulub. Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Eyni zamanda ikitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd edək ki, İsrail Azərbaycanın əsas silah təchizatçılarındadır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2016-2020-ci illərdə İsrail Bakının silah idxalının 69 faizini verib. Bu, həmin dönəmdə Təl-Əvivin silah ixracının 17 faizi deməkdir. Sonrakı 3 il ərzində də hərbi müstəvidə əməkdaşlıq genişlənib. Bir müddət əvvəl İsrailin “Haaretz” qəzeti bildirmişdi ki, son yeddi ildə Azərbaycanın “Silk Way Airlines” karqo şirkəti İsrailin cənubundakı Ovda aeroportuna 92 uçuş həyata keçirib. “Silk Way Airlines” Ovdaya eniş edən, İsrailin hava məkanından silah daşımağa icazəsi olan azsaylı xarici şirkətlərdən biridir. Araşdırmada deyilir ki, Ovda İsrailin silah daşıyan reysləri qəbul etmək icazəsi olan yeganə hava bazasıdır. Negev səhrasında yerləşən Ovdadan fərqli olaraq, İsrailin Ben Gurion aeroportu ölkənin mərkəzində sıx məskunlaşmış ərazidə yerləşir, ona görə də partlayıcı olan yük təyyarələrinin oraya giriş icazəsi yoxdur. Ovda eyni zamanda mülki və hərbçi uçuşlara xidmət edir. Bu aeroporta uçuşların bəzilərinin Azərbaycanın Müdafiə Nazirliyinin işarəsi ilə həyata keçirildiyi qeyd olunur.  İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun məhv edilməsi üçün İsrail silahlarından aktiv istifadə edilib. Xüsusilə hədəflərin aşkarlanması və məhv edilməsi, S-300 zenit-raket komplekslərinin sıradan çıxarılması kimi əməliyyatlar zamanı İsraildən alınan PUA-lar tətbiq edilib. Hazırda yeni silahların idxalı diqqət mərkəzindədir və bu sahədə hanısa problem gözlənilmir.  İsraildən olan  ekspert David Gendelman Azərbaycanın ölkəsi üçün mühüm rola malik olduğunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirlik açmasından sonra əlaqələrin inkişafında müsbət dinamika müşahidə edilir. Gendelmanın fikrincə, İsrail Azərbaycanla hər bir sahədə əməkdaşlıq etməkdə maraqlıdır. Bura iqtisadi, siyasi, təhlükəsizlik və hərbi sahələr də daxildir. Onun sözlərinə görə, Azərbaycanın İsraildən yeni silahlar alması istisna deyil: "Gələcəkdə əməkdaşlıq daha da artacaq. İsrail və Azərbaycan birlikdə müdafiə sahəsində əməkdaşlıq edərək, Azərbaycanı silah istehsal edən ölkəyə çevirə bilərlər”.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri Ayub Kara ölkəsinin “İsrael Hayom”da nəşrində dərc olunan məqaləsində yazır ki, Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur. “Nə üçün İsrail İran təhlükəsi qarşısında Azərbaycana kömək etməlidir?” sərlövhəli məqalədə qeyd olunub ki, İsrail kimi Azərbaycan da ona qarşı birmənalı sayılmayan yanaşmalar səbəbindən İran təhlükəsi qarşısında Qərb paytaxtlarında çox ehtiyac duyulan dəstəyi əldə etmək üçün çətin mübarizə aparır. Bu arada qeyd edək ki, İsrail xarici işlər naziri Eli Kohenin dediyinə görə, Azərbaycanda İsrail səfirliyinə terror cəhdinin arxasında İran dayanır. Xatırladaq ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti iyulun 10-da Bakıda üçüncü ölkənin səfirliyinə hücum planlaşdırmaq şübhəsi ilə 23 yaşlı Əfqanıstan vətəndaşının saxlandığını bildirib. Bəyanatda şübhəlinin İsrail səfirliyini hədəf aldığı yazılmayıb. Ancaq “The Times of Israel” nəşri qeyd edir ki, şübhəli “Hyatt Regency” oteli yaxınlığındakı səfirliyin yanında izlənib, Azərbaycan rəsmiləri tərəfindən dindirilib. DTX-nın məlumatına görə, Əfqanıstan vətəndaşı üçüncü ölkənin səfirliyini izləmək, şəbəkə qurmaq, silah və maliyyə əldə etmək üçün xarici ölkədən gəlib. Şəbəkənin digər üzvlərinin tapılması üçün iş aparıldığı vurğulanıb. Eli Kohenin dediyinə görə isə, Azərbaycanda ələ keçirilən terrorçu İrandan maliyyələşib və oradan bu təlimatı alıb: “İran terrorizmi qlobal təhlükədir, bunu biz son günlərdə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdi ilə, son aylarda isə Kipr və Yunanıstanda israillilər və yəhudilərə hücum cəhdləri ilə də gördük. İrana qarşı yalnız birgə mübarizə nəticə verəcək və bu şəkildə onun regional sabitliyi pozmaqda davam etməsinin qarşısını alacaq”. Ayub Kara isə qeyd edir ki, İsrail və Azərbaycanın İran təhlükəsi ilə bağlı narahatlığı Ukraynanın Rusiya ilə əlaqədar narahatlığından heç də az əhəmiyyət kəsb etmir. Burada onu da xatırladaq ki, cari ilin may ayının sonunda İsrail prezidenti İshaq Hersoq da Azərbaycana rəsmi səfər edib və burada hərb sahəsində əməkdaşlığın davam etməsi diqqət mərkəzində yer alıb. Həmin vaxt prezident İlham Əliyev açıq mətnlə bildirib: "Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır". Azərbaycanın İsraillə hərbi əməkdaşlığını genişləndirməsi daha çox Ermənistanda və İranda narahatlıq yaradır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ