Cümə günü, 09 oktyabr 2026
     

OPEC Azərbaycanın üzvlüyündə israr edir, Bakının ayrı fikri var...

Image


Hazırda Azərbaycan, Malayziya, Bruney və Meksika ilə OPEC qrupuna üzv olmaq üçün danışıqlar aparılır. Bunu OPEC-in baş katibi Haysam Əl-Qaysı bildirib.

Baş katib qeyd edib ki, bu addım təşkilatın gücünü artıracaq: “OPEC-ə üzv olmayan yeni ölkələrlə məsləhətləşmələr təşkilatın birləşməsinə və möhkəmlənməsinə töhfə verir. OPEC müəyyən sayda ölkənin üzvlüyünü məqsəd qoymur, neft bazarlarının saxlanmasında özü ilə eyni strateji oriyentasiyaya malik olan ölkələri hədəfləyir”. Məsləhətləşmələrin aparıldığı 4 ölkənin 2017-ci ildən bəri OPEC ilə həmrəy olduğunu söyləyən Əl-Qaysı, bütün bu ölkələrin ümumi məqsədinin neft bazarlarını sabitləşdirmək olduğuna diqqət çəkib. Qeyd edək ki, OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələr, o cümlədən Neft İxrac Edən Ölkələr Təşkilatı və Rusiya 2016-cı ildə Əlcəzairdə OPEC+ qrupunu yaradıblar. OPEC hazırda 13 üzv ölkədən ibarətdir və onların arasında ən böyük hasilatçı sutkada 11 milyon barrel gücü ilə Səudiyyə Ərəbistanıdır. Xatırladaq ki, OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə quruma İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub. Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Yuxarıda qeyd olunduğu kimi, hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela). Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla OPEC+ formatında sıx əməkdaşlıq edir. OPEC+ əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır. Hazırda qurum Azərbaycanı da tamhüquqlu üzv kimi öz sıralarında görmək istəyir. Amma indiki halda Azərbaycan OPEC-ə üzv olmaq məsələsini nəzərdən keçirmir. Ölkənin energetika naziri Pərviz Şahbazov bu xüsusda qeyd edib: “Prinsipcə, bu, yeni xəbər deyil, belə suallar qaldırılmalıdır. Amma hazırda biz bunu nəzərdən keçirmirik”. Ekspertlər qeyd edir ki, Azərbaycan OPEC-ə  üzv olduğu təqdirdə daha çox öhdəliyi olacaq. OPEC-ə üzv olan ölkələrin bir çoxu neft hasilatını və ixracatını özü tənzimləsə də, Azərbaycanda bu belə deyil. Digər tərəfdən Azərbaycanda neft hasilatının böyük bir hissəsi şirkətlərə məxsusdur. Şirkətlərin yerinə qərar vermək isə düzgün hesab edilmir. Mütəxəssislərin fikrincə, Azərbaycanın bu təşkilata üzvlüyü onun neft hasilatı ilə bağlı müstəqil qərar vermək imkanını məhdudlaşdıracaq. Bu mənada indiki halda, OPEC-ə üzv olmaq Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. OPEC+ ölkələr üçün hasilat kvotası ümumi kvotanın 40%-ni təşkil ediyi halda, OPEC ölkələri üçün 60% təşkil edir. Yəni, Azərbaycan üzv olduğu halda neft hasilatını OPEC-in qərarına uyğun olaraq tənzimləməlidir. Bundan başqa, OPEC+ formatında Azərbaycan, Rusiya, Qazaxıstan, eyni mövqedən çıxış etdiyindən Bakı bu formata xələl gətirmək istəmir. İndiki halda Azərbaycanın OPEC+ çərçivəsində dünya neft bazarına təsir etmək imkanı var. bu da o deməkdir ki, üzvlük nəyisə dəyişməyəcək, əksinə, Azərbaycan üçün əlavə öhdəlik yaradacaq. Bu isə indiki halda Azərbaycan üçün sərfəli deyil.

Qeyd edək ki, OPEC+ əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır. Azərbaycan bu bazarın əsas iştirakçılarından biri kimi qlobal bazarda baş verən proseslərə biganə qalmır, neftin qiymətinə təsir edən faktorların aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlmiş tədbirlərin görülməsi üçün qlobal enerji dialoqlarında mühüm rol oynayır. OPEC+ ölkələri nazirlərinin iclasında təmsil olunaraq, qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə qəbul edilən qərarları dəstəkləyir.  Beləliklə,  Azərbaycan OPEC+ ölkələri arasında uğurlu əməkdaşlıq həyata keçirir, ilk gündən bu əməkdaşlığa böyük töhfə verir. Azərbaycan hazırda dünyada “yaşıl enerji” sahəsində əldə edilən irəliləyişlərlə bərabər, ənənəvi yanacağın oynadığı vacib rolu nəzərə alaraq, bu sahədə ətraf mühitə zərərin azaldılması baxımından yeni texnologiyaların tətbiqinə də xüsusi əhəmiyyət verir. Bu məsələdə OPEC-lə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hazırda OPEC+ ölkələri neft qiymətlərini tənzimləyən əsas tərəfdir. Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman OPEC-in 8-ci Beynəlxalq seminarında bildirib ki, OPEC+ qlobal neft bazarını dəstəkləmək üçün lazım olanı edəcək. O əlavə edib ki, OPEC+ alyansının bir hissəsi olaraq, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft sahəsində əməkdaşlıq hələ də güclüdür. Qeyd edək ki, OPEC+ alyansı bu ilin noyabr ayından neft hasilatını azaldır. Dünyanın ən böyük neft ixracatçıları olan Səudiyyə Ərəbistanı və Rusiya neft tədarükünün daha da azaldılmasını razılaşdırıblar. OPEC həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab vermək üçün balanslaşdırılmış neft bazarına sahib olmağa çalışdığını bildirib. Bununla yanaşı, OPEC+ xaricində ən böyük neft istehsalçısı olan ABŞ dəfələrlə bu alyansı qlobal iqtisadiyyata kömək etmək üçün hasilatı artırmağa çağırıb və Moskvanın Ukraynaya müdaxiləsindən sonra Səudiyyə Ərəbistanının Rusiya ilə əməkdaşlığını tənqid edib. Lakin Ər-Riyad ABŞ-ın çağırışlarını rədd edib və şahzadə Əbdüləziz bin Salman bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanının bu həftə razılaşdırdığı yeni birgə neft hasilatının azaldılması qərarı skeptiklərin səhv yolda olduğunu bir daha sübut edib. O əlavə edib: “Rusiyadan olan həmkarlarımızın köməyi ilə gördüyümüz işlərin bir hissəsi də bu məsələdə Səudiyyə və Rusiya arasında baş verənlərə digər tərəflərin sərt yanaşmasını yumşaltmaq idi. Bizim hasilatın azaldılması müddətinin uzadılması ilə bağlı qərarımızın Rusiya tərəfindən də dəstəkləndiyini görmək çox gözəldir”. Bazarların istehsalın son dəfə azaldılmasına səssiz reaksiyası ilə bağlı suala cavab verən Əbdüləziz bin Salman bütün tərəfləri səbirli olmağa çağırıb. O deyib: "Qiymətləri sabitləşdirmək üçün lazım olan bütün imkanlardan istifadə edəcəyik”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ